SON XƏBƏRLƏR

Rəsmi Kiyev: "Lap Marsa birləşdirmək istəsinlər, Ukrayna Xersonu azad edəcək"

2022.05.11, 11:31
Rəsmi Kiyev: "Lap Marsa birləşdirmək istəsinlər, Ukrayna Xersonu azad edəcək"

Gunaz.tv

Bu barədə Prezident Ofisinin rəsmisi tviterdə yazıb:

“Xerson vilayətinin “qaulayter”lərinin hazırlaya biləcəyi yeganə müraciət məhkəmə hökmündən sonra əfv diləməkdir. İşğalçılar lap Marsa, lap Yupiterə birləşmək istəsinlər. İstilaçıların hansı söz oyunu oynamasına baxmayaraq, Ukrayna Ordusu Xersonu azad edəcək”.

Xatırladaq ki, Xerson vilayətinin işğalından sonra işğalçı qüvvələr tərəfindən regiona təyin edilən rəhbərlər vilayətin Rusiyaya birləşdirilməsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə müraciət edəcəklərini açıqlayıblar.

Eyni zamanda bu məsələni Kremlin sözçüsü Dmitri Peskov da şərh edib: "Sözsüz ki, belə bir müraciətin olub-olmamasına Xerson vilayətinin sakinləri qərar verməlidirlər. Xerson vilayətinin sakinləri öz talelərini müəyyən etməlidirlər. 

Təbii ki, bu, aydın və diqqətlə yoxlanılmalı və hüquqşünaslar, hüquq ekspertləri tərəfindən qiymətləndirilməli məsələdir. Çünki, bu cür taleyüklü qərarlar Krımda olduğu kimi, tamamilə aydın hüquqi bazaya, əsaslandırmaya malik olmalı, tamamilə qanuni olmalıdır”.

Qeyd edək ki, Mixaylo Podolyakın istifadə etdiyi “qaulayter” ifadəsi nasist Almaniyası dövrünə aiddir. Nasist partiyasının ölkənin regionları üzrə ali nümayəndəsinə qaulayter deyilib. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar