Rəsmilər Qaradağ meşələrinin məhv edilməsinə laqeyd yanaşır + VİDEO

2020-06-28 19:21

Qızılqarın kəpənəklərin hücumuna məruz qalan Güney Azərbaycanın Qaradağ meşələri İran məsullarının laqeydliyi ucbatından yoxolma təhlükəsi ilə qarşı-qarşıyadır.

Gunaz.tv Quote | Gunaz article

GünazTV-yə daxil olan məlumata əsasən, bu gün azərbaycanlıların bir qrupu könüllü olaraq Qaradağ meşələrinə gedərək zərərverici həşəratları toplamağa başlayıb.

 

 

Güney Azərbaycanın ətraf mühit fəalları aylar öncə Qızılqarın kəpənəyinin meşənin ağaclarını məhv etməklə bağlı xəbərdarlıq etsələr də İran rəsmilərinin heç bir tədbir görməməsi nəticəsində bu zərərverici həşəratlar məntəqədə geniş yayılaraq meşələrə böyük ölçüdə ziyan vurub.

 

 

Elmi adı Euproctis chrysorrhoea olan bu kəpənəklər ağacların yarpaqlarını yeyərək meşə ağaclarını yarpaqsız hala gətirir və meşəni bütünlüklə məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qoyur.

 

 

Ötən həftə İranın “Təsnim” xəbər agentliyi Qızılqarın kəpənəyin Kəleybər vilayətində yerləşən Məkidi Dərəsində, eləcə də Əhər vilayətinin Fındıqlı meşəsində geniş miqyasda yayıldığını bildirmişdi.

Reportaja əsasən, “rəsmilər zərərverici həşəratla mübarizə üçün payız və qış fəsillərini gözləyir, lakin kəpənəyin sürətlə bütün meşəyə yayılaraq ağacları qurutması nəzərə alınsa Qaradağ meşələri payız fəsli gəlmədən məhv olacaq.”

 

 

Bir həftə əvvəl İran Meşə Mühafizəsi İdarəsinin rəhbəri Davər Namdar Əhər məntəqəsinin meşələrinin 500 hektarında bu zərərvericinin yayıldığını və ağaclara ciddi zərər verdiyini açıqlamışdı.

“Büdcə çatışmazlığı bəhanəsi ilə bu həşəratla mübarizənin dayandırılması qəbul edilməzdir. Lazım olan vəsait ayrılacaq,” deyə Namdar qeyd etsə də hələlik lazım olan maddi vəsait ayrılmayıb.

 

 

Kəleybər şəhərinin millət vəkili Hüseyn Hatəmi isə məsulların məsələyə laqeyd yanaşdığını tənqid edib: “Yerli məsulların diqqətsizliyi inkaredilməzdir. Bu həcmdə meşə və yaylağa malik olan Qaradağ məntəqəsində kifayət qədər avadanlıq yoxdur. Qaradağ vilayətlərində fəaliyyət göstərən Təbii Sərvətlər idarələrinin lazım olan avadanlıqla təmin olunması haqda tələblər irəli sürülsə də heç bir addım atılmayıb.”

 

 

Daha əvvəl Şərqi Azərbaycan əyalətinin Təbii Sərvətlər İdarəsinin rəisi Rəhim Mehrdadi idarənin havadan zəhər püskürtmək üçün helikopter və təyyarəsinin olmadığını və lazım olsa böhranlı durum bildirməklə Tehrandan tələb etməli olacağını söyləmişdi.

 

 

Qaradağ meşələrinin 164 min hektar sahəsi var, bu sahədən 148 min hektarının qoruma altında olduğu elan olunub. Buna baxmayaraq vaxtaşırı bölgədə ağacların tək-tək və ya kütləvi şəkildə kəsilməsinə, eləcə də yanğınların baş verməsinə şahid oluruq.

Bu meşələrdə çoxlu heyvan yaşayır və müxtəlif bitki növləri mövcuddur.

Qaradağ meşələri ötən il YUNESKO tərəfindən ümumdünya irs siyahısına daxil edilməli idi, lakin ərazidəki qanunsuz tikinti işləri və mədənçilər tərəfindən meşəyə ziyan vurulması buna mane oldu və Qaradağ meşələrinin YUNESKO tərəfindən siyahıya alınması təklifi rədd olundu.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ruhani: “Ümid edirik ki, yaxın günlərdə Şərqi Azərbaycanda koronavirus xəstəliyi ilə bağlı vəziyyət yaxşılaşacaq”

2020-07-04

gun az article

Zəncanda daha 7 nəfər koronavirusdan ölüb, 36 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-07-04

gun az article

Qərbi Azərbaycanın 10 şəhərində koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq edilib

2020-07-04

gun az article

Ərdəbil əyalətində 39 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 3 nəfər ölüb

2020-07-04

gun az article

Şərqi Azərbaycan valisi: “Koronavirusa yoluxanların 92%-i sağalıb”

2020-07-04

gun az article

GünazTV Juluy.03.2020: Azadlıq səsi: Milli Hərəkatda dövlətçilik düşüncəsi və formaları

2020-07-04

gun az article

GünazTV July.03.2020-QADINCA: Coronavirusla mübarizədə hansı dövlətlər uğur qazana bilər.

2020-07-03

gun az article

GünazTV July.03.2020: Nətənz uranyum zənginləşdirmə qurğusunun bir hissəsində yanğın

2020-07-03

gun az article

Maku şəhərində irqçiliyi əks etdirən Firdovsi heykəli qaldırılıb+ VİDEO

2020-07-03

gun az article

Həmədanda ağır yol qəzası baş verib

2020-07-03

gun az article

Qərbi Azərbaycanda  468 nəfər koronavirusdan ölüb

2020-07-03

gun az article

Urmiya gölündə suyun səviyyəsi düşüb

2020-07-03

gun az article

Zəncanda xəstəxanadan reportaj hazırlamaq istəyən fotoqraf saxlanılıb

2020-07-03

gun az article

GünazTV July.02.2020-Sözümüz: Babək Qalası

2020-07-02

gun az article

GünazTV July.02.2020- Düşünməyə Çağrı: Milli Siyasi Elit Problemimiz

2020-07-02

gun az article

Təbrizdə Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2020-07-02

gun az article

GünazTV July.01.2020: İrandakı oğurluq və korrupsiyanın artması ilə birlikdə işçi etirazlarının yayılması

2020-07-02

gun az article

Zəncan əhalisinin 85%-i koronavirusa yoluxa bilər, xəstəxanalar böhran vəziyyətində

2020-07-02

gun az article

Ərdəbildə taksilərin gediş haqqı bahalaşıb

2020-07-02

gun az article

Qərbi Azərbaycanda koronavirusdan müalicə alanların sayında yeni rekord: 853 nəfər

2020-07-02