SON XƏBƏRLƏR

Somalidə türk inşaat şirkətinin işçilərinə qarşı terror aktı törədilib

2021.10.20, 07:36
Somalidə türk inşaat şirkətinin işçilərinə qarşı terror aktı törədilib

Gunaz.tv

GünAz TV: Somalidə türk inşaat şirkətinin işçilərini hədəf alan terror aktı törədilib.


APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Somalinin paytaxtı Moqadişunun şimal-qərbindəki Afoye bölgəsində Türkiyəyə məxsus inşaat şirkətinin işçilərinin olduğu ərazidə bomba yüklü avtomobil partladılıb.


Məlumata görə, terror aktı türk mühəndislərin və Somali polislərinin nahar etdikləri məkanda baş verib.


Xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yoxdur.


"Anadolu" agentliyinin verdiyi xəbərə görə isə inşaat işçiləri arasında yaralananlar var.


Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar