SON XƏBƏRLƏR

Son 3 ay ərzində 3000 İran vətəndaşı Gürcüstana buraxılmayıb

2021.10.20, 07:36
Son 3 ay ərzində 3000 İran vətəndaşı Gürcüstana buraxılmayıb

Gunaz.tv

GünAz TV: Gürcüstan Daxili İşlər Nazirliyi 2019-cu ilin ilk 3 ayı ərzində 6400 əcnəbinin ölkəyə girişinə icazə verilmədiyi barədə məlumat yayıb. Bu xaricilərin yarısı (3000 nəfər-red.) İran vətəndaşlarıdır.

 

Nazirliyin məlumatına əsasən, Gürcüstana daxil ola bilməyən əcnəbilər içərisində 1200 nəfərlə hindistanlılar 2-ci yerdə gəlir. Eləcə də, bu müddət ərzində 500 Azərbaycan Respublikası vətəndaşının da Gürcüstana daxil olmasına icazə verilməyib.

 

Gürcüstanın məsələ ilə bağlı rəsmi açıqlamalarına görə, bu şəxslərin sənədlərində problemlərin mövcudluğu, eləcə də ölkəyə səfərlərinin məqsədinin qeyri-müəyyən olması, onların ölkəyə buraxılmaması ilə nəticələnib. Bu maneələrə təsir göstərən digər amillər mövcud olsa da, onlar açıqlamayıb.

 

Dövlətin rəsmi statistikasında bildirilir ki, 2012-2016-cı illər ərzində 2895 iranlı iş vizası əldə etməklə bu ölkədə yaşayış icazəsi almağa müvəffəq olublar.

 

Gürcüstan Türkiyə, Çin və Hindistandan sonra iranlılara ən çox iş vizası verən ölkədir.

 

İran vətəndaşları bu ölkəyə daha çox turistik səfərlər edirlər. Bunun üçün verilən vizanın müddəti 45 gündür. Gürcüstan Statistika İdarəsinin məlumatına əsasən, 2018-ci ildə ümumilikdə ölkəyə 290 min iranlı turist daxil olub, bu isə bütün turistlərin 4%-ni təşkil edir.

 

Digər tərəfdən, 2018-ci ilin sonlarında Gürcüstan İran vətəndaşlarını ölkəyə buraxmamağa başlamışdı. Bu isə iki ölkə arasında gərginliyə səbəb olmuşdu. Hətta məsələ o yerə çatmışdı ki, İran Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Gürcütana səfər etməməyə çağırmışdı. Hazırda da bu problemin mövcud olduğu bildirilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar