SON XƏBƏRLƏR

Son 3 ay ərzində 4 İran- İraq müharibəsi canbazı özünü yandıraraq intihar edib

2021.10.20, 07:36
Son 3 ay ərzində 4 İran- İraq müharibəsi canbazı özünü yandıraraq intihar edib

Gunaz.tv

GünAz TV: Qum şəhərində İran- İraq müharibəsi canbazı (veteran-red.) özünü yandıraraq intihar edib.

 

Yerli media orqanlarında yayılan məlumatlara görə, adı açıqlanmayan həmin şəxs son 3 aydan az bir müddətdə ərzində ölkə ərazisində özünü yandıran sayca 4-cü, Qum şəhərində isə 3-cü canbazdır.

 

Özünü evində yandıran həmin şəxs xəstəxanaya çatdırılsa da, aldığı yanıq xəsarətlərinin şiddətinə görə, həkimlərin onu xilas etmək üçün göstərdikləri səylər nəticəsiz qalıb.

 

Son 3 aydan az bir müddət ərzində 4 İran- İraq müharibəsində yaralanan şəxs özünü yandıraraq intihar edib.

 

İlk hadisə avqustun 24-də baş vermişdi. Adı açıqlanmayan canbaz Qum şəhərinin “Şəhid Müəssisəsi”nin müdirinin otağı qarşısında üzərinə benzin tökərək həyatına son vermişdi. 2-ci və 3-cü intiharlar isə müvafiq olaraq Tehran və Qum şəhərlərində baş vermişdi.

 

Avqustun 26-da “Şəhid Müəssisəsi” rəsmiləri ilk intihar faktını təsdiqləsələr də, özünü öldürənin “şəhid övladı” olduğunu iddia etmişdilər. Onların açıqlamasına əsasən, həmin şəxs xəstəxanaya yatırılmaq üçün müəssisəyə müraciət edib, lakin müsbət cavab ala bilməyib. Bundan sonra hadisədən bir gün öncə xəstəxanaya etdiyi müraciət də rədd edilib. Müəssisənin açıqlamasında qeyd edilir ki, fərdlərin xəstəxanaya yatırılması həkimin razılığı əsasında baş tutduğundan, onlar bu işə görə məsuliyyət daşımır.

 

Yerli media orqanlarının məlumatlarına əsasən, həyatına qıyanların digərləri də oxşar səbəblər, məsulların etinasızlığı və kasıblığa görə son çıxış yolu kimi intihara əl atıblar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar