Son bir ildə İranda 267 nəfər edam edilib

2021-03-30 16:30

İranda son 1 ildə edam edilmiş şəxslərin sayı açıqlanıb.

Gunaz.tv Quote | Gunaz article

Məlumata görə, son bir ildə İranda 267 nəfər edam edilib.

Son günlər verilən bəzi statistik məlumatlarda bu sayın 289 nəfər olduğu qeyd olunub.


İran İnsan Haqları Təşkilatının yaydığı hesabatda ötən günəş ili ərzində (20 mart 2020, 20 mart 2021) bu ölkədə dördü yetkinlik yaşına çatmamış şəxs olmaqla ümumilikdə 267 nəfərin edam edildiyini bildirilir.

 

2018-ci ildə edam olunanların sayı 273, 2019-cu ildə isə 273 nəfər olmuşdu. İnsan haqları təşkilatları edam sayında bu cüzi azalmanın beynəlxalq təşkilatların və insan haqları qurumlarının İran hökumətinə basqılarının nəticəsində əldə edildiyini bildirirlər.

 

Hesabatda son ildə ictimaiyyət qarşısında yalnız bir nəfərin edam edildiyi qeyd olunub. Bu son 15 il ərzində ictimaiyyət qarşısında icra edilən ən az edam hesab edilir.

Bu isə İran məhkəmə sistemində baş verən dəyişikliklə əlaqəli deyil. Sadəcə son il pandemiya ilə əlaqədar tətbiq edilən karantin məhdudiyyətləri ilə bağlıdır. 

 

İran İnsan Haqları Təşkilatının rəhbəri Mahmud Əmiri Müqəddəm sosial mediada edam cəzalarına qarşı etiraz kampaniyalarının genişləndini bildirib. 

O, Tehran rejiminin edamlar vasitəsilə müxalifləri və narazı təbəqəni qorxuda saxlamaq istədiyini, bununla da hakimiyyətin ömrünü uzatmağa cəhd göstərdiyini söyləyib.

Onun sözlərinə görə, bu əks nəticə verib və əhalinin rejimə qarşı qəzəbi daha da çoxalıb.

 

Qeyd edək ki, son bir ildə edama məhkum olanların sayında ötən ilki ilə nisbətən ciddi çoxalma müşahidə olunur. 2019-cu ildə 374 edam cəzasına məhkum olunmuşdu. 2020-ci ildə isə bu rəqəm 622 nəfərə yüksəlib.

Təşkilat hesabatında son ildə öncəki iki illə müqayisədə Sistan-Bəluçistan və Kürdüstan əyalətlərində edam sayının ortalama iki dəfə artdığını yazıb.
 

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda 5 tondan çox narkotik maddə aşkar edilib

2021-06-22

gun az article

İran iqtisadiyyatının durumu açıqlandı: "Son yarım əsrdə iqtisadi artım sıfıra bərabər olub”

2021-06-22

gun az article

Rəştdə türk namizədlərin qələbəsi münasibətilə konsert verilib-VİDEO

2021-06-22

gun az article

Qərbi Azərbaycanın su anbarlarında suyun həcmi azalıb

2021-06-22

gun az article

Şərqi Azərbaycanda məktəb binaları tədrisə yararsızdır

2021-06-22

gun az article

Zənganlı velosipedçi “2021Tokio Paralimpiadası”na qatılacaq

2021-06-22

gun az article

Güney Azərbaycanın Salmas şəhərində məhbus dar ağacından asıldı

2021-06-22

gun az article

Qəzvində tarixi abidə dağılır- "İmamzada Kəmaləddin" türbəsi məhv olmaq üzrədir

2021-06-22

gun az article

Şərqi Azərbaycanda COVİD-19-a gündəlik yoluxma sayı açıqlandı

2021-06-22

gun az article

Güney Azərbaycanda meşə yanğınları baş verib-VİDEO

2021-06-22

gun az article

GünazTV June.21.2021: PARLAQ GƏLƏCƏK: Ermənistan’da Seçkilər və Şuşa Bəyannaməsi, İran rejimində saxta seçkilərin nəticəsi və Güney Azərbaycanın gələcəyi

2021-06-22

gun az article

GünazTV June.20.2021: HƏFTƏ SONU 1-Cİ BÖLÜM

2021-06-21

gun az article

Tikantəpədə saxtakarlıq: Kürd mənşəli nümayəndənin hərəkəti əhalini qəzəbləndirdi

2021-06-21

gun az article

Amerika mətbuatı güneyli siyasi məhbuslardan yazdı

2021-06-21

gun az article

Tehranın “Persopolis” klubu "Traxtur"un baş məşqçisini məhkəməyə verib

2021-06-21

gun az article

Şərqi Azərbaycanın ölüm saçan yolları: İnsan tələfatı ilə nəticələnən qəzaların sayı açıqlandı

2021-06-21

gun az article

Təbrizli atlet Qazaxıstanda beynəlxalq yarışın qalıbı olub

2021-06-21

gun az article

Təbrizli ixtiraçı beynəlxalq mükafat aldı

2021-06-21

gun az article

"O təbrizlidir, söz anlamaz"-İranın rəsmi televiziyası azərbaycanlıları təhqir etdi

2021-06-21

gun az article

Urmu gölünün səviyyəsi yenə azalıb

2021-06-21