Son bir ildə Qaradağda onlarla hektar meşə zolağı məhv edilib

2021-03-08 14:27

"Süngün" mis mədəninin genişləndirilməsi üçün son vaxtlar Qaradağ meşələrində daha 23 min ağac kəsilib.

Gunaz.tv Quote | Gunaz article

Şərqi Azərbaycanın Təbii Sərvətlər və Su Hövzəsi İdarəetmə Baş direktoru “Süngün” mis mədəninin yeni axtarışlar və istixtracatını genişləndirmək planının 23 min meşə ağacının kəsilməsi ilə nəticələndiyini bildirib.


O, buna görə rəhbərlik etdiyi qurumun məhkəməyə baş vurduğunu və ağacların kəsilməsinin dayandırılması haqqında qərarın çıxarılmasına nail olduqlarını söyləyib.


“Rəhim Mehrdadi” yataqların istismarının əleyhinə olmadıqlarını, sadəcə qaydasız axtarış və istixracın, ekologiyaya ziyan vurmamağın tərəfdarı olduqlarını xatırladaraq deyib: “Azərbaycanın Təbii Sərvətlər və Su Hövzəsi İdarəetmə Baş direktoru kimi üzərimə düşən vəzifəni tam məsuliyyətlə yerinə yetirib meşələrdə ekoloji faciənin qarşısını almağa çalışacağam. Bu barədə heç kimlə zarafatımız yoxdur və kimsəyə başqa niyyətlərlə Qaradağ meşələrinə girməyə icazə verilməyəcəkdir.”


Təbrizin “azaranjoman” xəbər saytının verdiyi məlumata görə, R.mehrdadi “məşqulluq və iqtisadi inkişaf bir ağacın yerini verə bilməz. Bunun nə demək olduğunu oksigensiz qalanda başa düşəcəyik” deyə bildirib.


O bildirib ki, Şərqi Azərbaycan yataqlarının istismar olunması, əyalətinin ekologiyasının pozulması qarşılığında “Süngün” mis yatağının ödədiyi cərimə və kompensasiya dövlət xəzinəsinə ödənilib. Bizim isə dəfələrlə müraciətlərimizə baxmayaraq ondan əyalət üçün heç bir vəsait ayrılmayıb.


Mehrdadi son bir ildə ən azı 30 hektar meşə ərazisinin yox edildiyini, 23 min ağacın kəsildiyini xatırladaraq, qeyd olunan meşə ərazisində mədənin fəaliyyətlərini hələlik dayandırmağa müvəffəq olduqlarını deyib.


Qeyd edək ki, Qaradağın Hirkani meşələri yer kürəsinin ən qədim meşələrindəndir. Təxminlərə əsasən, qırx milyon il yaşı var və buz dövrünə aiddir.

 
Qaradağ meşələrinin 164 min hektar sahəsi var. Bu sahədən 148 min hektarının qoruma altında olduğu elan olunub. Buna baxmayaraq vaxtaşırı bölgədə ağacların tək-tək və ya kütləvi şəkildə kəsilməsinə, eləcə də yanğınların baş verməsinə şahid oluruq.

 
Bu meşələrdə çoxlu heyvan yaşayır və müxtəlif bitki növləri mövcuddur.
 
Bundan öncə Azərbaycan İnsan Haqları Cəmiyyəti Qaradağ meşələrində baş verən yanğınlarla bağlı Birləşmiş Millətlər Təşkilatına (BMT) hesabat təqdim edib.


Hesabatda yanğınların səbəbləri, meşə sahələrinin yanaraq sıradan çıxması, yanğının vaxtlı-vaxtında söndürülməməsi, bölgədə yanğın söndürmək üçün lazımi texnikaların olmaması və s. kimi məsələlərə işarə edilib.
 

C.E

 

تیغ دوباره بی‌مهری روی ارسباران با ثبت هیرکانی | خبرگزاری فارس

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV April.14.2021: MİXİ YAZILARDAN etdiyim tərcümələr yalanmı,HƏQİQƏTMİ

2021-04-15

gun az article

GünazTV April.14.2021-Görüş: Nətənzdə patlayış və Sipahın biabırçılıqı

2021-04-15

gun az article

Tikantəpədə qarşıdurma: Əhali isfahanlı mədənçiləri bölgəyə buraxmadı-FOTOLAR

2021-04-14

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-04-14

gun az article

Güneyli şair Hüseyn Rizqi 3 aylıq həbsə məhkum edilib: Milli fəal 3 milyon cərimə ödəyəcək

2021-04-14

gun az article

İran televiziyasından növbəti şovinizm: Türklərin yaşadığı Nigar Xatun fars kəndi kimi təqdim edilib

2021-04-14

gun az article

Diqqətdən kənarda qalmış Güney Azərbaycan: “Bu mövzuya qrant ayrılmır”

2021-04-14

gun az article

İran televiziyasının Azərbaycan qadağasına etirazlar böyüyür

2021-04-14

gun az article

Yusif Kari həbsxanada zorakılığa məruz qalıb və təhdid edilib

2021-04-14

gun az article

GünazTV April.13.2021-Özümüz: Əski Uyqarlıqların Dili

2021-04-14

gun az article

GünazTV April.13.2021-GÜNDƏM MASASI:İranda səsiz “seçki” gedişi

2021-04-14

gun az article

İran televiziyasının "Traxtur" qərəzi: Asiya Çempionlar Liqasında yarışan klubun oyunlarını yayınlamaq istəmir

2021-04-13

gun az article

İran səfiri Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

2021-04-13

gun az article

İranın dövlət televiziyasında Azərbaycan adına QADAĞA

2021-04-13

gun az article

Urmu gölü ilə bağlı həyəcan təbili: Gölün Bərpa Mərkəzinin məsulu İranın Enerji Nazirliyini sərt tənqid etdi

2021-04-13

gun az article

Milli fəal Zeynal Tənhayi 5 milyon rial cərimə ödəməyə məhkum edilib

2021-04-13

gun az article

Bakıda “Təbriz prospekti”, “Həmədan meydanı”, “Ərdəbil  küçəsi”...- “Bütövlük düşüncəsini yaşatmalıyıq”

2021-04-13

gun az article

"Evin"də saxlanılan siyasi məhbuslar bəyanat yaydı: "Dustaqların həyatı təhlükə qarşısındadır"

2021-04-13

gun az article

Milli fəal Səccad Şəhiri həbsxanadan qısa müddətli məzuniyyətə buraxıldı

2021-04-13

gun az article

Ərdəbildə siyasi məhbus Əlirza Fərşiyə dəstək aksiyası keçirilib-FOTOLAR

2021-04-13