SON XƏBƏRLƏR

Son dəqiqə- İran xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa verdi

2021.10.20, 07:36
Son dəqiqə- İran xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa verdi

Gunaz.tv

GünAz TV: İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu dəqiqələrdə özünün şəxsi “İnstagram” səhifəsində istefa verdiyini bildirib.

 

Zərif istefası ilə bağlı yazdığı statusda İran xalqına və hakim dairələrə təşəkkür edib və daha öz vəzifəsini icra edə bilməyəcəyini bildirib.

 

İran yerli media orqanlarından bir çoxu Xarici İşlər Nazirliyinə istinadən, xəbərin doğruluğunu təsdiqləyiblər. Onun istefasının səbəbləri açıqlanmayıb.

 

Lakin qeyd etmək lazımdır ki, son aylar ərzində İranın çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə konvensiyasının imzalaması ilə bağlı Zəriflə mühafizəkar rəsmilər arasında qalmaqal yaşanırdı. Hətta 2018-ci ilin noyabr ayında Zərif ölkədə bir çox məmurun çirkli pul yumaq ilə məşğul olduğunu və bu şəxslərin qeyd edilən konvensiyaya qoşulmağa qarşı çıxdığını bildirmişdi. Bundan sonra İran Milli Məclisinin fundamental millət vəkilləri, eləcə də digər rəsmilərdən bəziləri Zərifin “rəhbər şəxslərə şər atdığı və ölkənin imicini zədələdiyi üçün” qanun qarşısında cavab verməsini tələb etmişdilər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar