SON XƏBƏRLƏR

Son dəqiqə: Tramp İran qayıqlarına atəş açmaq əmri verib

2021.10.20, 07:36
Son dəqiqə: Tramp İran qayıqlarına atəş açmaq əmri verib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ölkəsinin Hərbi Dəniz Qüvvələrinə İran qayıqlarına atəş açmaq göstərişi verdiyini deyib.

 

O, "Twitter" hesabında yazdığı statusda qeyd edib ki, Hərbi Dəniz Qüvvələrinə dənizdə Amerika gəmilərinə qarşı təxribat törədən İran qayıqlarına atəş açaraq onları məhv etmək icazəsi verib.

 

Ötən həftə "Sepah" terror təşkilatına məxsus qayıqlar körfəzdə ABŞ hərbi gəmilərinin ətrafında təhlükəli manevrlər etmişdilər.

 

ABŞ ordusu "Sepah"ın addımını provakativ adlandırmış, Dövlət Departamenti isə rəsmi Vaşinqtonun bu addıma qarşı verə biləcəyi mümkün cavabları araşdırdığını bəyan etmişdi.

 

Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanması aprelin 15-də yaydığı bəyanatda 11 İran qayığının bu ölkəyə məxsus bir neçə hərbi gəminin arxa və qabaq tərəfindən sürətlə keçərək, təxribatçı addım etdiyini bəyan etmişdi.

 

Bəyanatda qeyd edilirdi ki, 1 saata yaxın sürən bu təxribatçı addım radio xəbərdarlıqdan sonra sona çatmışdı.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar