GünAz TV: Həmədan vilayətinin polis rəisi Baxışəli Kamrani Həmədən mollaxanasında təhsil alan axundu öldürən şəxsi sosial şəbəkələrdə dəstəkləyənlərdən 31 nəfərin saxlanıldığını bildirib.
Onun sözlərinə görə, bu şəxslər axundu qətlə yetirən insanı tanımadıqları halda, müxtəlif səhifələr açaraq, ona dəstək nümayiş etdirib və öz qardaşları adlandırıblar.
Qeyd etmək lazımdır ki, aprelin 27-də Həmədən mollaxanasında təhsil alan Mustafa Qasımi adlı axund Bəhruz Hacılı tərəfindən odlu silahdan açılan 2 atəş nəticəsində öldürülmüşdü. Hacılı isə hadisədən bir gün sonra polislə atışmada öldürülüb.
Ə.A