SON XƏBƏRLƏR

Soydaşlarımız antiazərbaycan mövqeyi ilə tanınan müğənni Rəhim Şəhriyarının konsertini belə qarşılayıb - VİDEO

2021.10.20, 07:36
Soydaşlarımız antiazərbaycan mövqeyi ilə tanınan müğənni Rəhim Şəhriyarının konsertini belə qarşılayıb - VİDEO

Gunaz.tv

GünAz TV: Antiazərbaycan mövqeyi ilə seçilən manqurt müğənni Rəhim Şəhriyariyə Təbrizdə keçirdiyi konsertdə tutarlı cavab verilib.

 

Məlumata görə, müğənni mayın 1-i və 2-də Təbriz Petroşimi Amfiteatrında keçirdiyi konsertdə 600 nəfərlik salonu doldura bilməyib, oturacaqların yarıdan çoxu boş qalıb. Rejimin əlaltısı kimi mövqe sərgiləyən R.Şəhriyarı hər zaman Azərbaycan şəhərlərində soyuq qarşılanıb.

 

Oturacaqları boş görən müğənni bu dəfə musiqisevər azərbaycanlıları bir şeir səsləndirərək aşağılamağa çalışıb.

 

“Bizim üçün fərqi yoxdur. Qoy, 200 nəfər gəlsin. Əsas odur ki, gələnlər sevərək gəlsinlər. “Bixəbərlər nə bilir musiqinin nəğməsini – Əhli-hal olsa bilər hər sözü, hər beyti””- deyə o konsertə gəlməyənlər haqda qeyd edib.

 

https://www.youtube.com/watch?time_continue=50&v=HIW43vbl_aQ

 

 

Müğənni Azərbaycanın kürdləşdirilməsi siyasətinə dəstək verdiyi üçün məruz qaldığı etirazlara da münasibət bildirib. “Bəzi azərbaycanlılar mənə qarşı ədəbsizlik və hörmətsizlik edir”- deyə o bildirib.

 

Son günlərdə R.Şəhriyarinin İnstaqram səhifəsi azərbaycanlı fəalların etiraz məkanına çevrilib. Bu, manqurt müğənninin rejimin Təbrizdə keçirilən tədbirdə kürd rəqsinin nümayiş etdirilməsi planına dəstək verdiyindən sonra baş verib. R.Şəhriyari Azərbaycanı kürdistan kimi göstərənlərə qarşı etirazları “Qoşun çəkmə”yə bənzədərək Azərbaycana qarşı mövqe sərgiləmişdir.

 

Xəbər verdiyimiz kimi, ötən həftə dövlət orqanları “Təbriz 2018” layihəsi bəhanəsi keçirdiyi tədbirdə Azərbaycanın mərkəzində kürd musiqisi və rəqsi nümayiş etdirmək istəyib. Şübhəsiz ki, Azərbaycanın incəsənət və mədəniyyətini kölgədə qoymaq məqsədi güdən plan, azərbaycanlıların kəskin etirazına səbəb olub.

Etiraz məqsədi ilə aprelin 26-da Lalə parkına toplaşan soydaşlarımız rejimin arzusunu gözündə qoyaraq nəzərdə tutulan proqramların icrasına imkan verməyiblər. Onlar Azərbaycanın milli rəqsini nümayiş etdirib, bir çox milli şüarlar səsləndiriblər. Yığıncağa qatılan bəzi gənclər Azərbaycanın milli geyimindən istifadə edib.

Soydaşlarımız “Yaşasın Azərbaycan”, “Azərbaycan, Azərbaycan, Azərbaycan”, “Bu torpaqdan pay olmaz, Bura Kürdistan olmaz”, “Azərbaycan var olsun, İstəməyən kor olsun”, “Dağlar başı dumandı, Bura Azərbaycandı” və s. kimi şüarlarla çıxış ediblər.

Təhlükəsizlik qüvvələri dinc keçirilən yığıncağa mane olmaq istəyib, hətta bəzi gənclərə hücum da edilib. Buna baxmayaraq yığıncaq iştirakçılarını dağıtmaq mümkün olmayıb.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar