SON XƏBƏRLƏR

Soydaşlarımız Qaşqayların Təbrizin “Şəhrdari” komandasını alqışlarla yol salmasını təqdir edir – VİDEO

2021.10.20, 07:36
Soydaşlarımız Qaşqayların Təbrizin “Şəhrdari” komandasını alqışlarla yol salmasını təqdir edir – VİDEO

Gunaz.tv

GünAz TV: Liqanın birinci dəstə yarışlarının son həftəsində Təbrizin “Şəhrdari” komandası ilə “Qaşqay” komandası Şirazda qarşılaşıb.

 

Çərşənbə axşamı günü baş tutan görüşdə Qaşqay türkləri öz komandaları ilə yanaşı Azərbaycan komandasını da dəstəkləyiblər. Bir qrup Qaşqay gənc isə “Şəhrdari” komandasının üzvlərini Təbrizə qayıdarkən alqışlarla yola salıb. Soydaşlarımız öz ləhcələrində “Azərbaycan Qaşqayı – Qeyrəti dünya payı” şüarı səsləndiriblər.

 

Qaşqay gənclərinin bu hərəkəti azərbaycanlı internet istifadəçiləri tərəfindən yürksək qiymətləndirilib, onlar aşağıdakı videonu paylaşaraq soydaşlarımıza təqdirəlayiq hərəkətlərinə görə təşəkkür ediblər.

 

https://www.youtube.com/watch?time_continue=10&v=rlAPl7ZfHyM

 

Son illərdə Qaşqay və Azərbaycan türkləri bütün yarışlarda qarşılıqlı olaraq bir-birlərinin idman komandalarına dəstək verir, bu proses getdikcə genişlənir.

 

Qeyd edək ki, Şiraz, Kohkiluye və Boyirəhməd, Çaharmahal və Bəxtiyari, İsfahan, Fars, Qum, Mərkəzi və Buşehr əyalətlərində yaşayan Qaşqay türkləri İranda ən böyük türk topluluqlarından biridir. Qaşqay türklərinin sayı barədə dəqiq statistik məlumat olmasa da, onların İranda təxminən 3 milyon əhalisi olduğu təxmin olunur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar