SON XƏBƏRLƏR

Soydaşlarımız “Sepah”a aid reklam bannerlərini cırıb sıradan çıxarıblar – Mərənd şəhərində / GÖRÜNTÜ

2021.10.20, 07:36
Soydaşlarımız “Sepah”a aid reklam bannerlərini cırıb sıradan çıxarıblar – Mərənd şəhərində / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: İşsizlik və iqtisadi problemlərin artması əhalinin böyük əksəriyyətini İran rejiminə qarşı etirazlara sövq edir.

 

Son məlumata görə, Güney Azərbaycanın Mərənd şəhərində İslam İnqilabı Keşikçilər Korpusuna (“Sepah”) aid bir neçə reklam banneri şəhər əhalisi tərəfindən məhv edilib.

 

“Sepah”ın bannerləri İranın diktator rəhbəri (Əli Xamneyi), fars dilində olan sinematik film və iddia etdikləri abadlıq işləri ilə bağlı olub. Şəhərin müxtəlif məntəqələrində asılan bannerlərin əksəriyyəti cırılıb, onların bəziləri tikə-tikə edilib.

 

Soydaşlarımızın İran rejiminə qarşı pərakəndə etirazları Güney Azərbaycanın bütün şəhərlərində müşahidə olunur. Azərbaycanlı fəallar bəzən divarlara milli şüarlar yazmaqla öz etiraz və tələblərini bildirirlər.

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar