Şoyqu: “Bu günə kimi Qarabağda bir dənə də olsun ciddi insidentin baş verməsinə icazə verilməyib”

2020-12-21 15:48

Noyabrın 10-da əldə olunan üçtərəfli razılığa müvafiq olaraq Rusiya hərbi kontingenti tərəfindən Dağlıq Qarabağ ərazisində uğurla sülhməramlı əməliyyatı həyata keçirilir.

Gunaz.tv Quote | Gunaz article

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Prezident Vladimir Putinin rəhbərliyi altında keçirilən kollegiya iclasında bildirib.


Onun sözlərinə görə, qısa müddət ərzində Rusiya qoşunları təyin olunmuş rayonlarda yerləşdiriliblər və 23 müşahidə postunda öz vəzifələrinin icrasına başlayıblar: “Bu günə kimi bir dənə də olsun ciddi insidentin baş verməsinə icazə verilməyib. Laçın dəhlizi ilə mülki nəqliyyatın təhlükəsiz hərəkəti açıq dəstəklənir. Rusiya sülhməramlılarının rəhbərliyi ilə Azərbaycan və Ermənistan tərəfləri arasında “hamının hamıya” prinsipi əsasında hərbi əsirlərin mübadiləsi baş tutub. Eləcə də həlak olanların meyitlərinin mübadiləsi olub”.


Nazir qeyd edib ki, dinc sakinlər tam təhlükəsiz şəraitdə yaşadıqları rayonlara qayıdırlar və evlərini bərpa edirlər: “Onlara rusiyalı hərbçilər kömək edirlər. Noyabrın 14-dən rusiyalı sülhməramlılar 42 mindən çox qaçqının qayıtmasını təmin edib. Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi həyata keçirilir. Ümumilikdə 6 mindən çox partlayıcı predmet zərərsizləşdirilib. Rusiyalı sülhməramlılarının yerləşdirilməsi üçün Xankəndində 330 nəfərlik iki müasir modul tipli şəhərcik qurulub. Gələn ilin 1 aprel tarixinədək 32 şəhərcik quracağıq. Nəticədə sülhməramlıların xidmət aparmaları və məişəti üçün komfort şərait yaradılacaq”.


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Türkiyədə onlarla iranlı insan qaçaqçısı saxlanılıb

2021-01-24

gun az article

ABŞ Çinin Uyğurlara qarşı siyasətini `soyqırım` kimi tanıdı

2021-01-20

gun az article

Ermənistanda II Qareginin əleyhinə aksiya keçirilməsi planlaşdırılır

2020-12-26

gun az article

“Qafan-Əkərək yolu Azərbaycanın nəzarətinə keçib” – Qafan meri

2020-12-25

gun az article

Azərbaycan əsgərləri yol kənarında kafe işlədən erməniyə bir saat vaxt verdi — VİDEO

2020-12-25

gun az article

Prezident İlham Əliyev: Əfsuslar olsun ki, bəzi müsəlman ölkələri Ermənistana dost ölkə deyirlər

2020-12-25

gun az article

Hikmət Hacıyev: “Prezident İlham Əliyev xalqımızın Qarabağ həsrətinə son qoyub”

2020-12-24

gun az article

Kəlbəcərdəki məşhur qapının YENİ FOTOSU

2020-12-24

gun az article

Prezident İlham Əliyevin doğum günüdür

2020-12-24

gun az article

Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

2020-12-24

gun az article

İtaliya Prezidenti Azərbaycan Prezidentini təbrik edib

2020-12-24

gun az article

Gürcüstanda iki azərbaycanlı güllələnib

2020-12-24

gun az article

Nazir: “Azərbaycan həm minimum, həm də orta aylıq pensiya üzrə MDB ölkələri arasında liderliyini qoruyur”

2020-12-23

gun az article

Ağdamın Seyidli kəndindən - VİDEOGÖRÜNTÜLƏR

2020-12-23

gun az article

Zəngilanın Mincivan qəsəbəsi - VİDEO

2020-12-23

gun az article

İşğaldan azad olunan ərazilərin bərpası ilə bağlı konsepsiyanın əsas istiqamətləri açıqlanıb

2020-12-22

gun az article

Türkiyəli hərbi istehkamçılar mühəndis təminatı üzrə məşqlər keçirir - VİDEO

2020-12-22

gun az article

XİN: UNESCO-nun açıqlamaları Azərbaycanla əməkdaşlığın ruhuna uyğun gəlmir

2020-12-22

gun az article

Vətən müharibəsi şəhidlərinin sayı 2802 nəfərə yüksəlib

2020-12-21

gun az article

Gələn il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri və xərcləri məlum olub

2020-12-21