SON XƏBƏRLƏR

“Soyuq müharibə geri döndü” - Antonio Quterreş

2021.10.20, 07:36
“Soyuq müharibə geri döndü” - Antonio Quterreş

Gunaz.tv

GünAz TV: Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Suriyada baş verən hadisələrdən danışıb.

 

Quterreş bildirib ki, Suriyada son zamanlar baş verənlər soyuq müharibənin geri döndüyünə işarədir. Lakin keçmişdə baş verən soyuq müharibə ilə indiki arasında müəyyən fərqlər var.

 

"Amerika Birləşmiş Ştatları ilə (ABŞ) Rusiya artıq hər kəsə nəzarət edə bilmir. Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digər dövlətlər bölgədə aktiv rol oynamağa başlayıb", deyə BMT-nin baş katibi bildirib.

 

Quterreş BMT-nin Suriya problemini həll edə bilməyəcəyini də etiraf edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar