Soyuqbulaqda Mamuliyə görə türk fəalları şərləmək istəyirlər

2021-01-10 13:53

Güney Azərbaycanın tarxi abidələrinə, türkcə yer adlarına və Azərbaycan adı olan lövhələrin dağıdılmasına göz yuman İran hökumətnin yerli məmurları Soyuqbulaq (Mahabad) şəhərində kürd müğənni “Məhəmməd Mamuli”nin məzarının spreylə boyanmasına görə məhkəmə işi açıb.

Gunaz.tv Quote | Gunaz article

Məhəmməd Mamuli siyasi mövqeyinə görə hökumət tərəfindən sevilsə də, əhali tərəfindən bəyənilməyən şair, müğənni olub.

 

“İlna” xəbər agentliyinin verdiyi məlumata görə yanvar ayının 8-də Mamulinin məzarı spreylə boyanıb. Bundan narahat olan hökumət məmurları günahkarları tapıb cəzalandırmaq üçün tədbirlər görüldüyünü bildiriblər.

 

Yerli əhalinin verdiyi bilgilərə görə, bu sayaq işlər kürd miliyyətçiləri tərəfindən məqsədli şəkildə törədilən təxribatdır.

 

Onlar “Mamuli”nin basdırıldığı Soyuqbulağın “Budaq Sultan” qəbristanlığının üstündə şəhər Məzarlıqlar İdarəsi ilə bələdiyyə arasında iki ilə yaxındır ki problem yaşandığını deyirlər. Soyuqbulaqda gəlmə kürdlər başqa bölgələrdən, yüzlərlə kilometr aralıda ölənləri gətirib Sultanbudaq qəbristanlığında dəfn edirlər. Hal-hazırda onların sayı 20-ə çatıb.

 

Soyuqbulaqlıların dediyinə görə, əlaqədar inzibati qurumların və əhalinin etirazları qarşısında özlərini məzlum göstərmək istəyən gəlmə kürdlər Mamulinin məzarını boyayaraq günahı soyuqbulaqlı fəalların üstünə atıb hökumətin dəstəyini qazanmaq niyyətindədirlər.

 

Onlar bir müddət öncə eyni qəbristanlıqda qəbir daşlarına xəsarət yetirən mühacir kürdlərdən iki nəfəri tutub polisə təhvil verdiklərini, ancaq təxribatçıların sərbəst buraxıldığını söyləyiblər.

 

Soyuqbulaqlılar və şəhər ziyalıları türk fəallarının fəaliyyətlərinin mədəniyyət, sivil və etika çərçivəsində aparıldığını, belə işlərin düşmən tərəfindən türklərə qarşı təxribat əməli olduğunu bildirən bəyanat veriblər.

 

Qeyd edək ki, son aylar Sulduz, Tikantəpə, Soyuqbulaq şəhərlərində türk və Azərbaycan adlarını daşıyan elemanlar, lövhələr mühacir kürd miliyyətçiləri tərəfindən dağıdılıb, şəhər meydanlarında quraşdırılan simvollara xəsarət yetirilib.

 

Yerli əhalinin və türk mədəni fəallarının çoxsaylı müraciətlərinə baxmayaraq hökumət orqanları məsələ ilə bağlı heç bir tədbir görməyib. Bir sıra hallarda dağıdıcı hərəkətlərə yol verən şəxslərin kimliyinin bəlli olmasına baxmayaraq onlara qarşı adi inzibati xəbərdarlıq belə edilməyib.

 

Ona görə də, mədəni fəallar mühacirlərin bu hərəkətlərinin arxasında kürd miliyyətçi təşkilatları ilə yanaşı İran Təhlükəsizlik və Kəşfiyyat İdarəsi əməkdaşlarının olduğunu düşünürlər.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Traxtur komandasının Asiya Çempionlar Liqasında rəqibləri bəlli oldu

2021-01-27

gun az article

Güneyli Anar adının türkcə olduğu üçün sənədsiz qalıb

2021-01-27

gun az article

İranda 4 min kaneks məktəb var- Bunların çox faizi Azərbaycan əyalətlərinin payına düşür

2021-01-27

gun az article

Azərbaycan İnsan Haqları Cəmiyyəti: Əlirza Fərşinin səsi olaq!

2021-01-27

gun az article

Ərdəbil divarlarında bir qalmaqalın izləri; Uşaq adları yalnız bir dildə deyil!

2021-01-27

gun az article

GünazTV Jan.26.2021- Özümüz:Xalq Fədayiləri və Azərbaycan Məsələsi

2021-01-27

gun az article

GünazTV Jan.26.2021 -GÜNDƏM MASASI: İranın populist siyasətində Güney Azərbaycan

2021-01-27

gun az article

GünazTV Jan.26.2021 : "Hikmət Hacıyevdən Vaşinqton üçün açıqlamalar"

2021-01-26

gun az article

İsrail ilə “əlaqə”də ittiham olunan çox sayda xristiyan iranlı həbs edilib

2021-01-26

gun az article

Sərəskənd əhalisinin 26%-i savadsızdır

2021-01-26

gun az article

Həmədan və Əhər şəhərlərində 59 kg uyuşdurucu maddə aşkarlanaraq götürülüb

2021-01-26

gun az article

Təqaüdçülər Təbriz, Zəncan və Urmu şəhərlərində etiraz aksiyasıları keçiriblər

2021-01-26

gun az article

Təbrizin havası bütün yaş qrupları üçün təhlükəlidir

2021-01-26

gun az article

Mədəni fəal Vəli Zöhrabi saxlanılaraq yeddi saat dindirilib

2021-01-26

gun az article

Türkmən millət vəkili məktəblərdə ana dilinin (türkməncə) tədris olunmasını istəyib+video

2021-01-26

gun az article

Türkiyənin “Anadolu Xəbər Agentliyi” Güney Azərbaycandan xəbər verir; Azərbaycan türk ailəsi övladının şəxsiyyət vəsiqəsini almaq üçün bir neçə aydır mübarizə aparır+video

2021-01-26

gun az article

GünazTV Jan.25.2021: PARLAQ GƏLƏCƏK: Qeyri-Fars Millətlərə Qarşı Ayrıseçkiliyin Yeni Dalğası

2021-01-26

gun az article

GünazTV Jan.25.2021: Paylaşım programı, 26-cı Bölüm.

2021-01-25

gun az article

Əhərin 30 kəndində təhsil kaneks məktəblərdə aparılır

2021-01-25

gun az article

Hökumət Zəncanın 50 illik "Cahan” bitki yağı zavodunu "özəlləşdirmə"klə yüzlərlə insanı işsız qoyub

2021-01-25