SON XƏBƏRLƏR

İsrail baş naziri Rusiya və İran arasındakı hərbi əlaqələrdən dərin narahatlığını bildirib

2022.10.21, 06:49
İsrail baş naziri Rusiya və İran arasındakı hərbi əlaqələrdən dərin narahatlığını bildirib

Gunaz.tv

Yair Lapidin ofisindən verilən açıqlamada bildirilir ki, İsrailin baş naziri bu ölkədəki müharibə ilə bağlı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı zamanı son məlumatı alıb.

Bu telefon danışığında o, İsrailin Ukraynanın yanında olduğunu vurğulayıb.

Adının çəkilməsini istəməyən yüksək rütbəli məmur Fransa xəbər agentliyinə bildirib ki, İsrailin baş naziri İran pilotsuz təyyarələrinin Rusiyaya təhvil verilməsi ilə bağlı məsələləri müzakirə edib.

Qeyd edək ki, Son günlər Amerika rəsmiləri İranın Ukraynadakı müharibədə istifadə etmək üçün Rusiyaya silah, o cümlədən pilotsuz təyyarələr verdiyini göstərən dəlillərə malik olduqlarını vurğulayıblar.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar