İsrail casusu İranın vəzifəli mollalarını necə tələyə saldığını açıqlayıb

04.03.2022, 20:04

İsrailli casus xanım Katrin Peres Şəkdəm iranlı rəsmiləri cinsi əlaqə və müvəqqəti evlilik adlanan "siğə" vasitəsilə tora salmasının detallarını açıqlayıb.

Gunaz.tv Quote | Gunaz article

O, "Times of İsrael" agentliyində dərc edilən yazısında təkcə bu üsullarla 100 iranlı rəsmidən məlumat topladığını deyib.

Şəkdəmin sözlərinə görə, seksual münasibətlər və ya "siğə" adlanan müvəqqəti evliliklərlə əlaqə qura bildiyi rəsmilərin böyük əksəriyyətini İran İslam Cümhuriyyətində yüksək postlar tutan ruhanilər təşkil edib.

O əlavə edib ki, dini hökmləri öyrənmək bəhanəsi ilə həmin ruhanilərlə təmas qurub onların yanına gedirmiş. İlk görüşdə ruhanilərə "siğə" bağlamaq təklif edirmiş və onlar da bunu qəbul edib bu üsulla xanım Şəkdəmlə cinsi münasibətlər qururmuşlar. 

"Müvəqqəti evlilik (siğə) baş tutandan və onların etimadını qazandıqdan sonra aramızda müxtəlif məsələlər ətrafında söhbət etmək və həmin ruhanilərdən sual soruşmağım üçün əlverişli şərait yaranırdı.

İran rəsmiləri heç bir sərhəd gözləmədən mənə məxfi məlumatları danışırdılar", - deyə casus xanım vurğulayıb.

Katrin Peres Şəkdəm Fransa yəhudisidir. O, islamın şiə məzhəbini qəbul edərək yəmənli kişi ilə evlənib və bundan sonra İranın ali rəhbəri Əli Xamenei də daxil olmaqla əksər rəsmiləri ilə görüşməyə müvəffəq olub. 

Katrin Prez Şəkdəm, uzun müddət Əli Xameneinin rəsmi saytının ingilis dilli şöbəsində fəaliyyət göstərməklə yanaşı, İran hökuməti və SEPAH-a bağlı mətbuatında İranın dini ideologiyasını müdafiə edən yazılar yazmaqla etibar qazanıb.

İranı tərk etdikdən sonra isə o, yazılarında Əli Xamneyinin ofisinə sızmağa qədər gedib çıxan casusluq fəaliyyəti haqqında təcrübələrini bölüşür.

Qeyd edək ki, bundan öncə İranın keçmiş prezidenti Mahmud Əhmədinejad İsrail agentlərinin SEPAH  və ETTELAAT Nazirliyinə, strateji mərkəzlərə nüfuz etdiyi və ölkə kəşfiyyatının bunun qarşısında aciz qaldığı barədə açıqlama vermişdi. 

C.E 
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23