SON XƏBƏRLƏR

İsrail hərbi rəsmisi SEPAH komandirlərinin öldürülməsinə çağırıb

2022.07.08, 07:34
İsrail hərbi rəsmisi SEPAH komandirlərinin öldürülməsinə çağırıb

Gunaz.tv

"Təxribat və terror hücumlarının planlaşdırılması və həyata keçirilməsinin arxasında duran İran İnqilab Keikçiləri Korpusunun liderləri, komandirləri və əsas əməliyyatçıları zərərsizləşdirilməlidir"-deyə, İsrail generalı bildirib.

Zamir Tehran rejiminin hegemonluğunu sındırmaq üçün SEPAH komandirlərinin məqsədli şəkildə öldürülməsinin vacibliyini deyib.

"İsrael Times" saytının xəbərinə görə, israilli general "İranın regional strategiyası ilə mübarizə" adlı 74 səhifəlik sənəddə xəbərdarlıq edib ki, İran rejiminin İsrail əleyhinə müharibəyə başlamaq qərarı verəcəyi təqdirdə, Tehrana bağlı bölgədəki iki proksi qruplaşması, yəni "Hizbullah" və "Həmas" birlikdə İsrailə hücum edəcəklər.

SEPAH da Suriyada yaratdığı raket və dron bazalarından ibarət  "kompleks hərbi infrastrukturu" ilə onlara dəstək verəcək.

Zamirin sözlərinə görə, İran rejimi özünün regional hegemon məqsədləri və fövqəldövlət ambisiyaları çərçivəsində regionda “ərazi yaxınlığı” və İranın İraq və Suriya vasitəsilə Aralıq dənizi limanları və İsrailin sərhədləri ilə Livanla birbaşa əlaqəsini yaratmağa çalışır. 

"Buna görə də İran İnqilab Keikçiləri Korpusunun əsas məqsədlərindən biri nəyin bahasına olursa olsun son 10 ildə İraq, Suriya və Livana nəzarət üçün öz önəmini göstərən bu dəhlizin təhlükəsizliyini təmin etməkdən ibarətdir"-deyə, Zamir qeyd edib.

Zamir İnqilab Keşikçilərini “İran rejiminin onurğa sütunu və rejimin regional üstünlük üçün əsas aləti adlandırıb və özünün əhatəli planında İsrail, onun müttəfiqlərinin İranın proksi  qüvvələrini gücləndirmək cəhdlərinə mane ola biləcək yolları sadalayıb. 

Bu üsullara arasında İranın nüvə və raket obyektlərinə, silah istehsal edən zavodlarına, İranın hava hücumundan müdafiə sistemlərinə və bölgədəki proksi qüvvələrinin təchizat xətlərinə qarşı daha geniş hücumların həyata keçirilməsi də daxildir.

“Təxribat və terror aktlarının planlaşdırılması və həyata keçirilməsində rolu olan SEPAH rəhbərləri barəsində beynəlxalq həbs qərarı verilməli, onlar Qasım Süleymani kimi hədəflənmiş sui-qəsdlər vasitəsilə aradan götürülməlidirlər"-deyə, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah komandanı vəzifəsinə namizəd vurğulayıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar