SON XƏBƏRLƏR

İsrail Dəməşqdə İranın dəstəklədiyi qruplaşmaların mövqelərinə hücum edib

2022.09.17, 05:35
İsrail Dəməşqdə İranın dəstəklədiyi qruplaşmaların mövqelərinə hücum edib

Gunaz.tv

Məlumatda görə, bu ölkənin 5 əsgərinin Dəməşq hava limanı yaxınlığında İsrail hava hücumu nəticəsində həlak olduğu deyilir.

Suriyanın rəsmi xəbər agentliyi SANA bu hücumun bəzi infrastruktura zərər verdiyini, ancaq Suriyanın hava hücumundan müdafiə sisteminin atılan raketlərin bir neçəsinin qarşısını ala bildiyini bildirib.

Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu bildirir ki, sentyabrın 17-i səhər saatlarında İsrail İranın dəstəklədiyi silahlıların yerləşdiyi yerləri hədəf alıb və bu qüvvələrdən ikisi öldürülüb.

İsrail öz hava hücumlarını nadir hallarda şərh edir, ancaq indiyədək Suriyada İranla əlaqəli hədəflərə yüzlərlə zərbə endirdiyini bildirib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar