SON XƏBƏRLƏR

İsrail ordusu İrana qarşı mümkün hücum üçün bir neçə ssenari hazırlayıb

2021.12.29, 13:19
İsrail ordusu İrana qarşı mümkün hücum üçün bir neçə ssenari hazırlayıb

Gunaz.tv

 Bu barədə İsrailin “Haaretz” qəzeti dekabrın 28-də məlumat yayıb. 

“Haaretz” qəzetinin yazdığına görə, İsrail ordusu son aylar İrana qarşı mümkün hücuma hazırlıq məqsədi ilə daha inkişaf etmiş silahlar əldə edib, bu ölkənin hava qüvvələri bir neçə hərbi təlim keçirib və öz Və hərbi məlumat bazasına yeni hədəflərin təfərrüatlarını əlavə edib.

“Haaretz” qəzetinin bildirdiyinə görə, həmin məqsədlə İsrail ordusuna əlavə 9 milyard şekel (2,9 milyard dollar) vəsait ayrılılıb.

İsrail hərbi mənbələrinin dünən mediaya açıqlamalarında İsrail ordusunun 2022-ci ilə nikbin baxdığını və həmin ildə onun əsas diqqətinin Tehranın Suriyada apardığı dağıdıcı fəaliyyətlərinin qarşısını almağa, eləcə də İranın nüvə təsisatlarına qarşı mümkün hücuma hazırlıq işləri aparılmasına ayrılacağını bildirib. 

A.M 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar