SON XƏBƏRLƏR

İsrail prezidenti: “İranın nüvə silahına yiyələnməsi üçün təhlükəli cəhdinin qarşısı alınmalıdır”

2021.11.24, 11:29
İsrail prezidenti: “İranın nüvə silahına yiyələnməsi üçün təhlükəli cəhdinin qarşısı alınmalıdır”

Gunaz.tv

 İsrailin “Haaretz” qəzetinin yaydığı məlumata görə, Consonla görüşdə İshaq Herzoq İranın nüvə proqramını sürətlə inkişaf etdirməsinə toxunaraq, deyib ki, dünyanın o qədər də çox vaxtı yoxdur.

“Hesab edirik ki, İranın nüvə silahına yiyələnməsi üçün göstərdiyi təhlükəli cəhdləri dayandırılmalı, qarşısı alınmalıdır. 

Ümid edirik ki, avropalı müttəfiqlərimiz Vyanada İranla aparacaqları danışıqlarda imkan daxilində möhkəm bir mövqedən çıxış edəcəklər. 

Güman edirəm ki, yalnız əgər bütün seçimlər masa üzərində olsa işlər düzgün məcrada irəli aparıla bilər”, -deyə İsrail prezidenti İshaq Herzoq Londonda Böyük Britaniyanın baş naziri Boris Consonla görüşündə bəyan edib.

Yayılan məlumata əsasən, görüşdən sonra İsrail prezidenti “Twitter” hesabında paylaşım edərək ölkəsinin Britaniyanın “Həmas” terror təşkilatı və İranın nüvə silahına yiyələnməsi üçün göstərdiyi cəhdinin qarşısında möhkən mövqe sərgiləməsini müsbət qarşılayaraq rəsmi Londona öz minnətdarlığını bildirib.

Qeyd edək ki, rəsmi Tehranla Avopa Birliyinin iki həftə əvvəl əldə etdiyi razılığa görə, İranla Qərb arasında Vyanada aparılan danışıqların 7-ci mərhələsinə noyabrın 29-da start veriləcək. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar