İsrail qırıcılarının Suriyada gerçəkləşdirdiyi iki hava hücumunda İrana bağlı 15 hərbçi həlak olub

2020-06-28 20:33

Son 24 saat ərzində İsrail qırıcı təyyarələrinin Suriyada həyata keçirdiyi iki hava hücumunda “Sepah” terror təşkilatının “Qüds” briqadasına bağlı olan 15 hərbçi həlak olub.

Gunaz.tv Quote | Gunaz article


Bu barədə, Suriya İnsan Haqları Monitorinq Qrupu iyunun 28-də məlumat yayıb. Hər iki hücum, “Sepah” terror təşkilatının “Qüds” briqadası komandanı İsmayıl Qaaninin Suriya olduğu bir vaxtda həyata keçirilib.


Yayılan məlumata əsasən, İsrail qırıcılarının ilk hücumu iyunun 27-si axşam saatlarında Suriyanın “Əlbukamal” məntəqəsinin yaxınlığında yerləşən “Əl-Abbas” kəndi ətrafında baş verib. Belə ki, İranın hərbi mövqeləri raket atəşinə tutulub. Hava hücumu nəticəsində “Sepah”a bağlı 6 muzdlu hərbçi yerindəcə məhv edilib.


Məlumatda bildirilir ki, İsrail qırıcılarının eyni məntəqəyə ikinci hava hücumu, ilk hücumdan bir neçə saat sonra, iyunun 28-i sübh saatlarında gerçəkləşdirilib. Bölgədəki hərbi mövqelərin bombardman edilməsi nəticəsində İrana bağlı daha 9 hərbçi həlak olub. Bununla da son bir gün ərzində İsrail qırıcılarının Suriyanın “Əlbukamal” məntəqəsində  “Sepah” mövqelərinə qarşı endirdiyi hava zərbələri nəticəsində həlak olan İrana bağlı muzdlu hərbçilərin sayı 15 nəfərə çatıb.


Yayılan məlumatda hava zərbələri nəticəsində məhv edilən muzdlu hərbçilərdən neçəsinin İran vətəndaşı olduğu açıqlanmayıb.


Qeyd edək ki, İsrail ordusu son aylar Suriyada Bəşər Əsəd rejiminə və "Sepah" terror təşkilatına məxsus hərbi mərkəzləri dəfələrlə bombardman edib. Hava hücumları nəticəsində "Sepah”ın və Əsəd rejiminin yüzlərlə muzdlusu həlak olub.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV July.04.2020: Hindistan Çin ilə sərhəd qarşıdurmasından sonra 5 milyard dollardan çox silah satın alır

2020-07-04

gun az article

GünazTV July.04.2020: Amerika Birləşmiş Ştatlarında son bir gündə Corona virusuna yoluxanların sayıında rekord artım var

2020-07-04

gun az article

İranda dolların məzənnəsi 21 min tüməni keçib

2020-07-04

gun az article

Ruhani maska taxmayanlara dövlət idarələrində xidmət göstərilməməsini istəyib

2020-07-04

gun az article

İranda daha 2449 nəfər koronavirusa yoluxub, 148 nəfər ölüb

2020-07-04

gun az article

İran rəsmisi: "İndiyədək ölkədə 18 milyon insanın koronavirusa yoluxduğu təxmin edilir"

2020-07-04

gun az article

Ukrayna təyyarəsilə bağlı səs yazısı: "Sepahın hücumuna görə Tehran səması bağlanmamışdı"

2020-07-04

gun az article

GünazTV July.03.2020: “ “Amerikanın kəşfiyyat rəhbərləri Konqresdə Rusiya iddiaları ilə bağlı açıqlama etdi”

2020-07-03

gun az article

İranın İraqdakı yaraqlı qruplaşmalara göstərdiyi kömək kəskin dərəcədə azalıb

2020-07-03

gun az article

ABŞ Dövlət Departamenti: “Nətənz təsisatındakı yanğın göstərdi ki, İran rejimi nüvə proqramını xalqın ehtiyaclarından üstün tutur”

2020-07-03

gun az article

Ukrayna təyyarəsi qurbanlarının ailələri: "Araşdırmalar aparılmadan kompensasiyanı qəbul etməyəcəyik"

2020-07-03

gun az article

İranda plastik əməliyyatlar qadağan edilib

2020-07-03

gun az article

İranda daha 154 nəfər koronavirusdan ölüb, 2566 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkar edilib

2020-07-03

gun az article

İran Ukrayna təyyarəsinin qurbanlarına görə kompensasiya ödəyəcək

2020-07-03

gun az article

İranlı rəsmi: “Loristanda yaşı 60-dan yuxarı olan xəstələr arasında ölənlərin sayı eksponent olaraq artır”

2020-07-03

gun az article

İranın Nətənz nüvə təsisatındakı yanğını bu qruplaşma törədib

2020-07-02

gun az article

GünazTV July.02.2020: “Əgər İran Çin və Rusiya kimi ölkələrdən güclü silahlar ala bilsə bu halda Orta Doğudakı insanlar üçün fəlakət başlayacaq.

2020-07-02

gun az article

Tehranda evlərin qiyməti 121% bahalaşıb

2020-07-02

gun az article

Tehranın Antropologiya Muzeyinin bütün eksponatları oğurlanıb

2020-07-02

gun az article

İranda daha 148 nəfər koronavirusdan ölüb, 2652 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-07-02