SON XƏBƏRLƏR

İsrail qırıcıları Suriyada “Hizbullah” silah anbarlarına raket atəşinə tutdu

2021.11.09, 11:41
İsrail qırıcıları Suriyada “Hizbullah” silah anbarlarına raket atəşinə tutdu

Gunaz.tv

Mərkəzi qərargahı Londonda yerləşən Suriya İnsan Haqlarına Nəzarət Qrupunun yaydığı məlumatda bildirilir ki, İsrail qırıcıları Homs şəhərinin yaxınlığında yerləşən Suriya hökumətinə və Livan “Hizbullah”ına məxsus bir neçə silah anbarını və hərbi mövqeyini hədəfə alıb.


Hücüm nəticəsində Homs şəhərində bir neçə partlayış səsi eşidilib, ən azı iki hərbçi yaralanıb.


Suriyanın rəsmi xəbər agentliyi (SANA) isə yaydığı xəbərdə iddia edib ki, Suriyanın hava hücumundan müdafiə sistemi İsrail qırıcılarının hücumunun qarşısını alaraq, onlardan bir neçəsini vura bilib.


Suriya Dövlət Televiziyası isə İsrail qırıcılarının raket hücumu nəticəsində Tərtus məntəqəsində də bir neçə partlayış səsinin eşidildiyini bildirib. 

 
Qeyd edək ki, İsrail son illər ərzində İranın Suriyada və İraqda yerləşən mövqelərinə qarşı yüzlərlə hücum həyata keçirib.

Nəticədə, çoxlu sayda SEPAH-çı və İrana bağlı olan yarımhərbi qüvvələr məhv edilib. 
 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar