SON XƏBƏRLƏR

İsrail Prezidenti İlham Əliyevə zəng etdi

2022.05.26, 18:25
İsrail Prezidenti İlham Əliyevə zəng etdi

Gunaz.tv

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İsrail Dövlətinin Prezidenti qarşıdan gələn 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə İsrail Dövlətinin Prezidentinə minnətdarlığını bildirib.

Prezidentlər Azərbaycan-İsrail əlaqələrinin inkişafından məmnunluq ifadə edib, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə ümidvar olduqlarını bildiriblər.

Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.(modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar