İsrail səfirinin Nizami Gəncəvi ilə bağlı paylaşımı iranlıları qəzəbləndirib

29.07.2022, 07:56

İsrailin Azərbaycandakı səfiri Corc Dikin özünün tvitter hesabında Nizami Gəncəvi ilə bağlı yeni paylaşımı iranlıların qəzəbinə səbəb olub və fars dilli mediada geniş müzakirə edilir.

Gunaz.tv Quote | Gunaz article

"Böyük Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin yaradıcılığından bəhs edən bu gözəl kitabı oxumaq üçün səbirsizlənirəm"-Corc Dik iyulun 28-də tvitter hesabında yazıb.

Səfirin paylaşımından sonra İran mediası ilə yanaşı xaricdəki İrana müxalif bir sıra fars dilli media, o cümlədən "Amerikanın səsi"nin fars bölümü məsələyə geniş yer verib.

Onlar İranın Azərbaycandakı səfiri Abbas Musəvi kimi İsrail səfirinin adını qeyri-ciddi formada "gənc oğlan", "gənc səfir" kimi qeyd edərək "Nizami Gəncəvinin İran və fars şairi" olduğunu vurğulayıblar.

Amerikada yaşayan İran məsələləri üzrə təhlilçi Əlirza Nadir Corc Dikə cavab tivitti yayıb və Nizaminin yaradıcılığının fars dilində olduğunu xatırladıb.

Xaricdə fəaliyyət göstərən və bəziləri birbaşa Amerika hökuməti tərəfindən maliyyələşən fars dilli medianın İsrail səfirinin Təbriz və Nizami ilə bağlı paylaşımlarına münasibətləri rəsmi Tehranın və onun Azərbaycandakı səfiri Abbas Musəvinin mövqei ilə üst-üstə düşür.

Qeyd edək ki, İsrailin Bakıdakı səfiri Corc Dik bir neçə gün öncə  Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi, incəsənətindən bəhs edən "Təbrizin sehrli nağılları" kitabı ilə bağlı paylaşımı geniş müzakirələrə səbəb olub.

İranın Azərbaycandakı səfiri Abbas Musəvi Tvitter hesabında paylaşım edərək İsrail səfirini "oğlancığaz" adlandırıb və onu ölümlə təhdid edib.

Cavidan 
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran hökuməti Qərbi Azərbaycanda silah-sursat aşkarladığını iddia edir

2022-09-25

gun az article

Ərdəbildəki aksiyada etirazçılara atəş açıldığı bildirilir-VİDEO

2022-09-25

gun az article

Abbas Lisaninin telefon danışığına adağa qoyulub

2022-09-25

gun az article

Ötən gecə İranın 30 əyalətinin 83 şəhərində kütləvi etiraz aksiyaları keçirilib-VİDEO

2022-09-24

gun az article

Güneyli fəal Əhməd Ronəqi həbs edilib

2022-09-24

gun az article

Milli fəal Mehdi Həmidi Şəfiq SEPAH-ın kəşfiyyat bölməsinin təcridxanasına köçürülüb

2022-09-24

gun az article

“Körpü”də müzakirə: “Azərbaycan Ermənistan münasibətlərində xarici qüvvələr” və “İrandakı son durum” - VİDEO 

2022-09-24

gun az article

ETTELAAT və SEPAH Qərbi Azərbaycan və Sistan-Bəluçistanda əməliyyat keçirib

2022-09-24

gun az article

SEPAH Təbrizdə partlayışların qarşısını aldığını iddia edib

2022-09-23

gun az article

Ərdəbildə etirazçılar hökumət qüvvələrini qaçmağa məcbur etdi

2022-09-23

gun az article

Təbrizdə etiraz aksiyaları keçirilir-VİDEO

2022-09-23

gun az article

Qaşqay türkləri kütləvi etirazlara çağırış edib

2022-09-23

gun az article

Təbriz və Məlikanda 8 fəal həbs edilib

2022-09-23

gun az article

Güney azərbaycanlı media fəalı Hüseyn Ronəqi həbs edilib

2022-09-23

gun az article

Ərdəbildə saxlanılan daha bir fəalın kimliyi bəlli oldu

2022-09-23

gun az article

Etirazlar genişləndi, Təbriz Universitetində dərslər dayandırıldı

2022-09-23

gun az article

İran hökuməti Azərbaycan sərhəddində terrorçuların saxlanıldığını iddia edib

2022-09-23

gun az article

Sentyabrın 22-i gecə Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları davam edib

2022-09-23

gun az article

“Sözümüz” proqramında müzakirə: “Qan içində qurtuluş səsi” - VİDEO

2022-09-23

gun az article

Zənganda iki azərbaycanlı gənc hökumət məmurları tərəfindən öldürülüb

2022-09-23