SON XƏBƏRLƏR

İsrail və Türkiyə yeni mülki aviasiya sazişi üzərində işə başlayacaq

2022.05.25, 11:46
İsrail və Türkiyə yeni mülki aviasiya sazişi üzərində işə başlayacaq

Gunaz.tv

“Türkiyə ilk islam ölkəsidir ki, 1949-cu ildə İsrail müstəqil dövlət kimi tanıyıb”, - israilli nazir bildirib.

İsrail XİN başçısı qeyd edib ki, iki ölkə arasında müxtəlif illərdə siyasi əlaqələrdə müəyyən dönüşlər olub: “Son 15 ildə ilk dəfədir ki, Türkiyə xarici işlər naziri İsrailə səfər edir. Biz inanırıq ki, bu səfər siyasi, diplomatik əlaqələrimizdə, eyni zamanda, iqtisadi əlaqələrimizdə inkişafa səbəb olacaq, biznes əlaqələri, xalqlarımız arasında münasibətlər daha da yaxınlaşacaq.

Diplomatik əlaqələrimizdə çətinliklər olsa da, iqtisadi əlaqələrimiz həmişə davamlı şəkildə irəliləyib və yaxşı səviyyəyə çatıb. Lakin yaxşı işləyərək biz iqtisadi sahədə əməkdaşlığımızı daha da artıra bilərik.

Bu gün görüşdə qərara aldıq ki, yenidən iki ölkə arasında birgə iqtisadi komissiyanın fəaliyyətini bərpa edək və həmçinin, yeni mülki aviasiya sazişi üzərində işləməyə başlayaq.

İsrail xalqı Türkiyəni sevir. Hər gün İsraildən Türkiyəyə 10 uçuş olur və minlərlə İsrail vətəndaşı Türkiyəyə səfər edir, onlar Türkiyə mədəniyyətini, musiqisini, turizmini sevir”.

Fərqliliklərimizə baxmayaraq, Türkiyə-İsrail dialoqunun davam etdirilməsi çox faydalı olacaq. Bu, həm də bölgədə sülhün mövcudluğu baxımından da müsbət rol oynayacaq.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İsraildən olan həmkarı ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, daimi sülhün bərqərar olması üçün BMT prinsipləri əsasında iki dövlətin (İsrail və Fələstin) yaradılması problemin yeganə həlli yoludur.

Bundan əlavə, Çavuşoğlu siyasi problemlərə baxmayaraq, İsraillə iqtisadi əlaqələrin çox sıx şəkildə inkişaf etdiyini, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 8 milyard dolları ötdüyünü vurğulayıb. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar