SON XƏBƏRLƏR

Türkiyədə olan İsrail vətəndaşlarına xəbərdarlıq

2022.06.18, 06:00
Türkiyədə olan İsrail vətəndaşlarına xəbərdarlıq

Gunaz.tv

Hökumət bütün İsrail vətəndaşlarını dərhal bu ölkəni tərk etməyə çağırıb.

Qəzet iyunun 17-də təhlükəsizlik rəsmilərinə istinadən yazıb ki, İran hökuməti cəlb etdiyi iranlı quldur dəstələrinə həftə sonu Türkiyədə, xüsusilə İstanbulda nəyin bahasına olsursa olsun İsrail vətəndaşlarını hədəf almalarını əmr edib.

İsrail rəsmiləri İran agentlərinin İstanbulda İsrail vətəndaşlarının yaşadıqları restoranlara, əyləncə məkanlarına və otellərə onları qaçırmaq və ya öldürmək məqsədilə cəhdlərini vurğulayıb və Türkiyədən çıxa bilməyən israillilərə öz otaqlarında qalmalarını, israilli olduqlarına dair nişanələri gizlətmələrini tövsiyə edib.

Qeyd edək ki, Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinə qarşı əməliyyat keçirib və  israilli turistlərə qarşı terror törətmək istəyən İrana bağlı şəxsləri saxlayıb.

Türkiyənin 18 şəhərində eyni vaxtda keçirilən əməliyyat nəticəsində bir çoxu SEPAH-ın Qüds qüvvələrinin üzvü olan şəxslər həbs olunub.

İsrailin yüksək rütbəli siyasi və təhlükəsizlik rəsmiləri son həftələr Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Azərbaycan Respublikası və Türkiyə kimi İrana qonşu ölkələrə səyahət edən İsrail vətəndaşlarına qarşı cavab hücumları ehtimalından narahat olduqlarını bildiriblər.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar