SON XƏBƏRLƏR

"İrana etibar etmək yersizdir"- İsrailin Baş nazirindən dünya güclərinə xəbərdarlıq

2022.02.07, 07:32
"İrana etibar etmək yersizdir"- İsrailin Baş nazirindən dünya güclərinə xəbərdarlıq

Gunaz.tv

Naftali Bennet deyib ki, Vyanada aparılan müzakirələr İranın nüvə gücünə çevrilməsinin qarşısını alınmasını daha da çətinləşdirəcək.

"İran İsrail üçün ən önəmli təhlükədir. Biz Nazirlər Kabineti olaraq İrandan gələn nüvə təhlükəsinin qarşısını almaqla bağlı məsuliyyət daşıyırıq və Vyana danışıqlarında baş verənləri yaxından izləyirik"-deyə, Bennet bildirib.

Bennett deyib ki, nüvə sazişi və onun şərtləri kimi görünən hər şey İranın nüvə proqramına qarşı çıxmaq qabiliyyətini azaldacaq və andlaşmanın sabitliyə səbəb olacağını düşünənlər yanılırlar.

“Nüvə sazişi İranın uranı zənginləşdirmə prosesini müvəqqəti olaraq gecikdirə bilər, ancaq regionda hamı bunun üçün ağır və qeyri-mütənasib bədəl ödəyəcək"-deyə, Naftali Bennet İrana etibar etməyin yersiz olduğunu deyib.

O, son həftələr Vyanada danışıqlar aparılan bir vaxtda İranın regionda düşmənçilik hərəkətlərini daha çox gücləndirdiyini bildirib.

Baş nazir deyib ki, buna görə də İsrail qarşıdakı illərdə özünü hərbi cəhətdən gücləndirmək üçün daha çox çalışmağa məcbur olacaq. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar