SON XƏBƏRLƏR

Şri-Lankada silsilə partlayışlarda ölənlərin sayı 215-ə çatıb - VİDEO

2021.10.20, 07:36
Şri-Lankada silsilə partlayışlarda ölənlərin sayı 215-ə çatıb - VİDEO

Gunaz.tv

GünAz TV: Şri-Lankada bu gün 8-ci partlayış törədilib və təhlükəsizlik məqsədilə komendant saatı elan edilib.

 

Paytaxt Kolomboda və Neqombo şəhərində 3 kilsə və 3 hoteldə, ardınca isə paytaxtın kənar yaşayış hissələrində törədilmiş silsilə partlayışlar nəticəsində ölənlərin sayı 215-ə çatıb, təxminən 500 nəfər yaralanıb.

 

Mediada yayılan məlumata görə, ölənlər arasında Çin, Amerika Birləşmiş Ştatları, Danimarka, Yaponiya, Pakistan, Mərakeş, Hindistan və Banqladeş vətəndaşları da var.

 

Hökumət sosial mediaya və mesajlaşma xidmətlərinə müvəqqəti olaraq qadağa qoyub, təhsil müəssisələrində dərslər ləğv edilib.

 

Şri-Lanka hakimiyyəti bu gün saat 18.00-dan sabah saat 06.00-dək komendant saatı elan edib.

 

Hələlik məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

 

https://www.youtube.com/watch?time_continue=10&v=dIFR1Djbj8w

 

N.S

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar