SON XƏBƏRLƏR

"İranda etirazlar genişlənib yeni formaya keçib"- "Assoşeyted press"

2022.10.07, 06:50
"İranda etirazlar genişlənib  yeni formaya keçib"- "Assoşeyted press"

Gunaz.tv

Agentliyin aksiyalarla bağlı yaydığı yazıda ötən illərdə hökumət repressiyalarının təsirli olduğu, ancaq bu dəfə ölkədə nümayişlərin davam etdiyi və hər gün genişləndiyi qeyd olunub.

Oktyabrın 6-ı gecə saatlarında bir çox şəhərlərdə kütləvi etiraz aksiyalarının davam etdiyini yazan media orqanı son günlər öyrəncilərin və şagirdlərin dövlət məmurlarını universitet və məktəblərdən qovduqlarını bildirib.

KİV etirazların yeni formaya keçdiyini vurğulayıb.

"Assoşeyted press"-in İran və Körfəz ölkələri bölməsinin müdiri Con Qambrel İranda yeni hadisələrin baş verəcəyini, oktyabrın 8-də bu ölkədə ümumölkə etiraz aksiyalarının keçirilməsi ilə bağlı çağırışların maraqlı nəticələr doğuracağını bildirib.

Yazıda İranda internetə və sosial mediaya tətbiq edilən məhdudiyyətlərin xəbərlərin gec yayılmasına səbəb olduğu bildirilir.

Qeyd olunur ki, buna baxmayaraq, kütləvi etiraz aksiyaların qarşısının almaq mümkün olmur.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar