SON XƏBƏRLƏR

Rüstəm Minnixanov Azərbaycanda tatar ictimai təşkilatlarının nümayəndələri ilə görüşüb

2022.11.29, 09:55
Rüstəm Minnixanov Azərbaycanda tatar ictimai təşkilatlarının nümayəndələri ilə görüşüb

Gunaz.tv

Bu barədə Tatarıstan Prezidentinin rəsmi saytına istinadən xəbər verir.

Hazırda Azərbaycanda 27 mindən çox tatar yaşayır. Ölkədə fəaliyyət göstərən təşkilatlar sırasında “Yaşlek” Azərbaycan Tatar Gəncləri Mərkəzi, “Tuqan Tel” Tatar Mədəniyyəti Cəmiyyəti, “Tatarıstan” İctimai Birliyi və “Ak Kalfak” Tatar Qadınları Cəmiyyətinin Bakı bölməsi var.

"Tatarıstan və Azərbaycan arasında tarixən mehriban dostluq münasibətləri olub. Burada yaşayan soydaşlarımız isə dilimizin, adət-ənənələrimizin və mədəniyyətimizin qorunub saxlanmasına böyük töhfə verirlər", - Tatarıstan Prezidenti soydaşları ilə görüşü zamanı deyib.

Tədbir iştirakçıları Azərbaycanda tatarların tarixinə və Tatar-Azərbaycan əlaqələrinə həsr olunmuş sərgi ilə tanış olublar.

Rüstəm Minnixanov ikigünlük səfəri çərçivəsində Bakıda bir sıra görüşlər keçirəcək. (report)


Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar