2013-cü ilin fevral ayından həbsdə olan “Azərbaycan Yeni Oyanış Hərəkatı”nın sədri tanınmış siyasi məhbus Dr.Lətif Həsəni 8 il həbsdən sonra Kərəc şəhərinin Rəcayi-şəhr həbsxanasından azadlığa buraxılıb.
Gunaz.tv
Yanvar ayının 10-u 2021-ci il tarixində, Şərqi Azərbaycan əyalətinin Apelliyasiya Məhkəməsinin 6-cı şöbəsi tərəfindən verillən qərara əsasən L.Həsəninin həbs cəzasının müddəti 9 ildən 6 il 8 aya azaldılıb.
Bu haqda bildiriş yazılı iddianamə ilə birgə tanınmış siyasi məhbus Lətif Həsəninin vəkili Cəfər Əfşarniyaya göndərilmışdır.
Bildirilən iddianaməyə əsasən, Lətif Həsəninin “ölkənin təhlükəsizliyini pozmaq üçün qanunsuz təşkilat yaratmaq” ittihamına görə aldığı 8 il həbs cəzası 6 ilə, “hökumətə qarşı təbliğat fəaliyyətlərində iştirak” ittihamına görə aldığı 1 il cəza isə 8 aya endirilib.
Dr.Lətif Həsəni yanvarın 11-də həbsxana həyətində yıxılaraq qolu qırılıb. Cərrahi əməliyyat olunan siyasi məhbus yanvarın 13-ü axşam saatlarında azadlığa buraxılıb.
O, 1969-cu ildə Xalxal şəhərində anadan olub. Orta Məktəb təhsilini Ramsər şəhərində tamamlayıb və Kərəc Universitetinin fəlsəfə fakültəsinə daxil olub. Lətif Həsəni Bakı Dövlət Universitetində beynəlxalq hüquq üzrə yüksək lisans və doktorluğunu dərəcəsini alıb. 2002-ci ildə Güney Azərbaycana qayıdıb.
2013-cü ildə hakim “Məhəmməd Baqirpur” Lətif Həsənini “milli təhlükəsizliyə qarşı təşkilat yaratmaq” və “rejimə qarşı təbliğat” ittihamı ilə toplam 9 il həbs cəzasına məhkum etdi.
Qərar dərhal Apellyasıya və Ali Məhkəmə tərəfindən təsdiqlənərək icra edildi və L.Həsəni Təbriz zindanına göndərildi.
Azərbaycanlı siyasi fəal 2014-cü ildə siyasi məhbusların hüquqlarının pozulmasına, həbsxanalarda məhbusların ayrılmaması prinsipinə əməl edilməməsi və siyasi məhbus ailələrinə edilən təzyiqlərə etiraz olaraq aclıq aksiyasına başladı.
Təxminən 50 gün davam edən aclıq aksiyasından sonra “Evin” zindanına. Daha sonra “Rəcai-şəhr” zindanına köçürüldü.
Lətif Həsəni siyasi və milli fəaliyyətlərinə görə, bütövlükdə 10 ilə yaxın məhbus həyatı yaşayıb.
C.E