SON XƏBƏRLƏR

Strasburqda Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş keçirilib

2021.10.20, 07:36
Strasburqda Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş keçirilib

Gunaz.tv
Strasburqda Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş keçirilib _strasburg_030408.jpg Fransa, Strasburq, 6 may / Trend News müxbir А.Мəhərrəmli/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mayın 6-da Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan və ATƏT-in Minsk qrupunuun həmsədrləri ilə Strasburqda bir araya gəlib. Fransanın Avropa Şurası yanında Daimi Nümayəndəliyində baş tutan görüşün sonunda hər iki nazir jurnalistlərin suallarını cavablandirıb. « Bu görüş tanışlıq xarakteri daşıyır. Biz nazir olaraq öz ölkələrimizin mövqeyini nümayiş etdiririk. İlk növbədə qeyd etmək lazımdır ki, məsələnin həllini və çıxış yolunu tapmaq üçün imkan, istək və iradə var. Biz qonşu ölkələrik. Başqa yerə gedə bilmərik. Bu görüşləri davam etdirmək və problemin həlli yolunu tapmaq lazımdır” –deyə Məmmədyarov bildirib. O qeyd edib ki, prezidentlərin iyunda Sankt-Peterburqda İqtisadi Forum çərçivəsində keçirilməsi nəzərdə tutulan görüşü də müzakirə olunub. “Prezidentlərin görüşünə dair bir neçə variant var. Bugünkü görüşdə bu məsələ də müzakirə olundu. Amma görüşün baş tutmasına prezidentlərin özləri qərar verəcəklər. Bu, prezidentlərə verəcəyimiz hesabatdan asılı ola bilər. Prezidentilərin görüşü, habelə XİN başçılarının növbəti görüşü dövlət başçılarının bugünkü görüşə reaksiyasından asılı ola bilər. Onlar öz görüşlərinədək XİN başçılarının bir daha görüşməsini lüzum görsələr, bu görüş baş tutacaq” – deyə o vurğulayıb. Eduard Nalbandyan isə məlumat verib ki, bu vəzifəyə yeni təyin olunub. Nikbin əhval-ruhiyyədə olduğunu bildirən erməni nazir görüşlərin davam etdirilməsini barədə razılığa gəldiklərini qeyd edib. “Biz ölkələrimiz arasında yaranmış münaqişənin həlli yollarını tapa bilərik” – deyə o bildirib. Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov isə bu görüş barəsində xoş təəssüratını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar