Ərdəbildə su anbarının tikintisi yarımçıq qalıb-Əyalətdə 200 kəndin içməli suyu yoxdur

2021-07-09 14:28

Su qıtlığının hakim olduğu Ərdəbilin bəndlərinin tikintisi yarımçıq qalıb. Bu barədə Ərdəbil əyalətinin Regional Su Şirkətinin başçısı Abbas Cəngi məlumat verib.

Gunaz.tv Quote | Gunaz article

O, əyalətin Nəmin mahalında yerləşən “Ənbəran” bəndinin tikintisinin hələ başa çatmadığını bildirib. 

Bəndin bölgənin su təminatında əhəmiyyətli rol oynayacağını vurğulayan Abbas Cəngi Mərəni tikinti işlərinin yenidən başlayacağına ümid etdiyini deyib.

Su anbarının tikintisinin 2018-ci ildən başladığını söyləyən Abbas Cəngi Mərəni deyib ki, layihənin başa çatması üçün 41 milyard tümən vəsaitə ehtiyac var. 

1 milyon kubmetr su tutumu olan bəndin inşasının bitməsi ilə əkinçilik, heyvandarlıq və başqa sahələrdə hökm sürən böhranın nisbi də olsa azalacağı gözlənilir. Ancaq lazim olan vəsaitin ayrılmaması işlərin yarımçıq qalmasına səbəb olub.

Ərdəbil Regional Su Şirkətinin İdarə Heyətinin üzvü, Planlaşdırma və İnkişaf məsələləri üzrə sədr müavini layihənin gecikdirilməsindən narazılığını ifadə edib, işlərin sürətlənməsini vacib sayıb.

Ərdəbil əyalətinin Su və Kanalizasiya Şirkətinin Su İstismarı və İnkişafı üzrə sədr müavini Əli Əkbəri Fərd “İrna” xəbər agentliyinə verdiyi açıqlamada bildirib ki, bu il əyalətdə quraqlıq olduğuna görə su təminatında ciddi böhran yaşanır.

O, bildirib ki, kəndlərdən fərqli olaraq şəhərlərdə su təminatı sahəsində vəziyyət nisbətən yaxşı olsa da,  bu müvəqqətidir və şəhərlərdə də su, özəlliklə içməli su çatışmazlığının yaşanacağı qaçılmazdır.

Əkbəri Fərd bir çox su qaynaqlarının tükəndiyini qeyd edib və bildirib ki, son iki ayda əyalətin 200 kəndinin içməli su təminatı tankerlər vasitəsilə həyata keçirilib.

Sədr müavini son günlər Ərdəbil şəhərinin də, bəzi bölgələrin əhalisinin içməli su ilə təminatının tankerlər vasitəsi ilə təmin olunduğunu bildirib. 

O, problemin Yamçı su bəndinin su ötürücüsündə nasazlığın yaranması ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, problemi tezliklə aradan qaldırmağa çalışacaqlar.

Əkbəri Fərd də başqa məsullar kimi su qıtlığının elektrik kəsintiləri ilə əlaqəli olduğunu iddia edərək əhalini enerjidən qənaətlə istifadə etməyə səsləyib.

C.E

Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:  

Ərdəbilin Yamçı su anbarının 70 faizi boşdur

Xiyavda içməli su qıtlığı: Qadınlar yolu bağladı-VİDEO-FOTO

Güneydə su qıtlığı: Xalxalda Sudan İstifadəyə Nəzarət Polisi yaradılıb


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16

gun az article

“Dünyanın fosil cənnəti” layihəsinin tamamlanma işləri yarımçıq qalıb

2021-09-16

gun az article

Qəzvinli idmançı Belçikada keçiriləcək dünya çempionatına qatılacaq

2021-09-16

gun az article

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-16

gun az article

"Milyonlarla insanın həyatı təhlükədədir"- Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

2021-09-16