SON XƏBƏRLƏR

Sufiyanda tikilən binanın liftinin qırılması nəticəsində 4 fəhlə ölüb

2021.10.20, 07:36
Sufiyanda tikilən binanın liftinin qırılması nəticəsində 4 fəhlə ölüb

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan əyalətinin Şəbistər rayonunun polis rəisi Siyavuş Əlifam Sufiyan şəhərində tikilməkdə olan binada liftin qırılması nəticəsində 4 fəhlənin öldüyü barədə məlumat yayıb.

 

O bildirib ki, polisə hadisə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra sözügedən əraziyə gediblər. Lakin hadisə nəticəsində 4 fəhlə yerindəcə həyatını itirib.

 

Siyavuş Əlifam artıq polisdə məsələ ilə əlaqəli təhqiqatların başladığını deyib.

 

Qeyd etmək lazımdır ki, əmək təhlükəsizliyi qaydalarına riayət edilməməsi, fəhlələrin rəhlükəsizlik geyimləri ilə təmin olunmaması, eləcə də fəhlələrə bu xüsusda təlim verilməməsi və onların iş mühitinə nəzarət edilməməsi hər il yüzlərlə azərbaycanlı işçinin bu cür faciəvi şəkildə ölməsi ilə nəticələnir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar