SON XƏBƏRLƏR

Sulduz məhkəməsi 3 azərbaycanlı fəal haqda bəraət hökmü çıxarıb

2021.10.20, 07:36
Sulduz məhkəməsi 3 azərbaycanlı fəal haqda bəraət hökmü çıxarıb

Gunaz.tv

GünAz TV: Sulduz 2 nömrəli Cəza Məhkəməsinin 103-cü şöbəsi azərbaycanlı fəallar Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Sattari barəsində bəraət hökmü çıxarıb.

 

Hakim Kiyumərsinin çıxardığı hökm aprelin 13-də məhkəməyə çağırılan fəallara elan olunub.

 

Fəallar “qanunsuz yığıncağa qatılmaq, başqalarını yığıncağa dəvət etmək və şərfdən simvol kimi istifadə etməklə sistemin əleyhinə təbliğat aparma” ittihamı ilə aprelin 7-də qeyd etdiyimiz məhkəmə şöbəsində mühakimə olunub.

 

Adlarını çəkdiyimiz fəallar 2018-ci il mayın 25-də daha bir neçə fəalla birlikdə Sulduzda saxlanılıb. Onlar 2006-cı ildə Milli Qiyam zamanı canlarını fəda etmiş sulduzlu şəhidlərin məzarı başında keçirilən 12-ci ildönümü mərasimi ilə bağlı tutulmuşdur. Fəalların əksəriyyəti yaxalandığı gün buraxılsa da Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Səttari bir neçə gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Cavad Əhmədi Yekanlı saxlandığı müddətdə vəhşicəsinə işgəncə edilmişdir.

 

Qeyd edək ki, sözügedən dosye təşkil olunduqdan 2 ay sonra məhkəmənin prokurorluqda olan nümayəndəsi tərəfindən qapanmışdır, lakin Sulduz prokuroru təhlükəsizlik qüvvələrinin təzyiqi ilə dosyeni yenidən bərpa edərək fəalların təqib edilməsi haqda qərar qəbul etmişdir.

 

N.S

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar