Sulduz olayları: Türklərə qarşı terrorun arxasında kim var?- “Rejim onlara dəstək verir”-Zaur Bayramlı

2021-09-09 14:40

​​​​​​​Güney Azərbaycanın Sulduz şəhərində gərginlik davam edir. Silahlı kürd radikalların azərbaycanlılara qəfil hücumları ölkədə kifayət qədər böyük ajiotaj yaradıb.

Gunaz.tv Quote | Gunaz article

 ABŞ-da yaşayan soydaşımız, milli fəal, sosioloq Zaur Bayramlı hesab edir ki, bölgədə vəziyyətin gərginləşməsi molla rejiminin ürəyincədir:

“Batı (Qərbi) Azərbaycan bölgəsinin ən önəmli şəhərlərindən olan Sulduz  artıq neçə gündür ki, silahlı kürdlərin qəfil hücumlarına məruz qalır. 

Təbii ki, bu cür 200 -300 nəfərlik mütəşəkkil hücumlar İran fars-molla rejiminin razılığı olmadan mümkün deyil. Dünən bu hücumlardan biri Sulduzun Saxsıtəpə kəndinə olub.  Hücum nəticəsində bizimkilərdən bir neçə nəfər yaralanıb və soydaşlarımızın evləri yandırılıb.

Zaur Bayramlı: “Biz Vətənə qayıdacağıq, kimimiz diri olaraq, kimimiz  ölü...” - FOTOLAR

Urmu, Sulduz və digər Güney Azərbaycan şəhərlərinə iddia edən kürdlərin bu istəyi fars-molla rejiminin də ürəyincədir - çünki o bölgə Türkiyə ilə Türk Dünyasını birləşdirən ən əsas quru ərazidir. 

Türk Dünyasının birliyi isə fars-molla rejiminin maraqlarına zidd olduğu üçün, rejim əl altından kürdlərə dəstək verir. Necə ki, bir zaman Türkiyəyə qarşı istifadə etmək üçün PKK-nın İran qolu olan PEJAK-ı quraraq dəstək verdi”.

Zaur Bayramlı hesab edir ki, İran rejimini həyəcanlandıran və bu cür bədnam layihələrə sövq edən Azərbaycanın 44 günlük savaşda möhtəşəm qələbəsidir.

“Görünən budur ki, 44 günlük Qarabağ savaşının yaratdığı yeni situasiya və getdikcə güclənən Türkiyə-Azərbaycan işbirliyi artıqca, İran rejimi əlində qalan azsaylı kozırlardan olan kürd faktorundan daha çox istifadə etməyə çalışacaq. 

Ona görə də Azərbaycan ictimaiyyətinin və özəlliklə medianın Batı Azərbaycan bölgəsi başda olmaqla, Güney Azərbaycanda baş verən hadisələri əvvəlkindən daha çox diqqət mərkəzində saxlaması lazımdır.

Eyni zamanda Türkiyə Cümhuriyyəti də bu olaylara seyrçi qalmamalıdır”-deyə, Zaur Bayramlı bildirib.

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16