SON XƏBƏRLƏR

Sulduzda azərbaycanlı milli-mədəni fəallar qarşıdakı seçkilərlə bağlı bu qərara gəlib

2021.10.20, 07:36
Sulduzda azərbaycanlı milli-mədəni fəallar qarşıdakı seçkilərlə bağlı bu qərara gəlib

Gunaz.tv

GünAz TV: İranda yaxın günlərdə keçiriləcək parlament seçkiləri ilə bağlı Sulduz şəhərinin milli-mədəni fəalları yekun qərara gəlib.

 

Radikal kürdlərlə əlaqədar Qərbi Azərbaycan şəhərləri, o cümlədən Sulduzda fərqli şərait olduğu üçün seçkilərlə bağlı xüsusi qərar verməyə ehtiyac var. Bunu nəzərə alaraq yerli milli-mədəni fəallar bir araya gələrək seçkilər və namizədlərlə bağlı bütün məsələləri müzakirə edib, sonda vahid namizədə dəstək vermək barədə qərara gəliblər.

 

Fəallar fevralın 11-də bəyanat yayaraq parlament seçkilərində Hacı Əli Zəncaniyə yekdilliklə səs verəcəklərini bildiriblər. Fəallar Sulduz əhalisinə müraciət edərək bütün soydaşlarımızı fevralın 21-də keçiriləcək seçkilərdə altiv olmağa və Hacı Əli Zəncaniyə səs verməyə çağırıblar. Bu, Azərbaycana düşmən qüvvələrin gizli planlarının qarşısını almaq üçün vacib məsələdir.

 

Azərbaycanlı milli fəallar digər namizədlər və onların tərəfdarlarına da müraciət edib. Bildirilib ki, seçkilər fürsətindən əhalinin birləşməsi və soydaşlarımız arasında birlik yaranması istiqamətində istifadə olunmalıdır.

 

Qeyd edək ki, İran rejimi və kürd terror qruplaşmaları Qərbi Azərbaycan Əyalətini kürdləşdirmək məqsədi ilə bir çox açıq və gizli planlar üzərində işləyir. Parlament seçkiləri Azərbaycanın əleyhinə istifadə olunan planlardan biridir. Həmin qüvvələr şəhərlərdən parlamentə kürd deputat göndərməyə, ardınca Qərbi Azərbaycanın Kürdistan olduğunu iddia etməyə çalışırlar. Onların bu arzusunu gözündə qoymaq üçün milli-mədəni fəalların elan etdiyi şəhərlərdə seçkilər zamanı aktiv olmaq lazımdır.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar