SON XƏBƏRLƏR

Sulduzda kürd terror qruplaşmalarının törətdiyi qətliamdan 41 il ötür

2021.10.20, 07:36
Sulduzda kürd terror qruplaşmalarının törətdiyi qətliamdan 41 il ötür

Gunaz.tv

GünazTV: Tam 41 il öncə bu gün, terrorçu kürd dəstələri Güney Azərbaycanın Sulduz şəhərində dinc əhaliyə qarşı qətliam törətdilər.

 

 

İran İslam inqilabının qələbəsindən sonra yaranan qarışıqlıqdan istifadə edən terrorçu dəstələr Güney Azərbaycanın tarixi ərazilərində sözdə Kürdüstan yaratmaq məqsədi ilə hərəkətə keçdilər.

 

 

Əbdürrəhman Qasımlu başçılığında “Kürdüstan Demokrat Partiyası” terrorçuları 19 fevral 1979-cu il tarixində Soyuqbulaq (Mahabad) hərbi bazasını  qarət etdikdən sonra ağır-yüngül silahlarla mitinq keçirmək bəhanəsi ilə  Sulduz şəhərində toplanmağa başladılar.

 

Təxminən 20000 silahlı terrorçu şəhərə daxil olduqdan sonra Sulduz küçələrində günahsız insanlara atəş açmağa başladı və  uşaq, qadın, qoca demədən türkləri qətl etdilər. Terrorçular azərbaycanlılardan təslim olmalarını və şəhəri tərk etmələrini istəsələr də, bu tələb şəhər ağsaqqalları tərəfindən qətiyyətlə rədd edilmişdi.

 

Azərbaycanlılar əllərində olan məhdud silahlarla özlərini və torpaqlarını müdafiə etməyə çalışsalar da terrorçu dəstələrin sayca qat-qat artıq olduqları və azərbaycanlıların silahlarının məhdudluğu çox böyük itkiyə və inanılmaz faciələrə səbəb oldu.

 

Müharibənin başlamasından üç gün sonra xalqı terror təşkilatlarına qarşı hərəkətə keçməyə çağıran Urmiya şəhərinin keçmiş imam cüməsi molla Həsəni könüllü qüvvələrlə birlikdə Sulduza daxil olur. Dörd gün qanlı müharibədən sonra terrorçular qaçmağa məcbur olurlar.

 

Məlumatlara əsasən, qətliam nəticəsində 2000-dən çox günahsız insan öldürülmüş, yüzlərlə insan yaralanmışdı.

 

 

Sonradan qətliamda baş verənlərlə bağlı danışan Molla Həsəni deyir: “Sabahısı gün iki evdən görüş keçirdim. Bir evdə 11 şəxsin başı kəsilmişdi. 23 yaşlı ananın üç yaşlı balasının başını kəsib sinəsi üstə üç şiş ilə sancaqlamışdılar. Aralarında yaşlı kişi və qadınlar da var idi. Başqa bir yerdə 22 nəfəri asmışdılar. Bir evdə isə gənc bir oğlanı balta ilə doğramışdılar”.

 

 

 

Ü.F 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar