Sulduzda mübahisəli şəxsiyyəti ilə tanınan “Molla Həsəni”nin heykəli qoyulacaq

2021-01-23 11:44

O, daha çox Sulduz şəhərinin kürd yaraqlıları tərəfindən ələ keçirilməsinin qarşısının alınmasında oynadığı rola görə Sulduz əhalisinın rəğbətini qazanmışdır.

Gunaz.tv Quote | Gunaz article

Urmu şəhərinin keçmış cümə namazı imam və Xaməneyinin Qərbi Azərbaycanda nümayəndəsi “Molla Həsəni” kimi tanınan “Höccətül-islam Qulamrza Həsəni”nin Sulduzda heykəlinin qoyulması bundan öncə birmənalı qarşılanmamışdı.
 
Sulduz (Nəqədə) və Üşnəviyyə şəhərlərinin İran Parlamentində nümayəndəsi Əli Zəncani yanvar ayının 31-ə kimi “Molla Həsəni”nin heykəlinin Sulduz şəhərində qoyulacağını bildirib.

 

Sulduzun cümə imamı da verdiyi açıqlamada “yorulmaz mücahid” adlandırdığı Molla Həsəninin “silahlı” heykəlinin tezliklə açılışının ediləcəyi barədə danışıb.

 

İlk dəfə 2017-ci ilin dekabr ayında Sulduz şəhərinin bir sıra mədəni fəalları tərəfindən gündəmə gələn təklif müxtəlif reaksiyalara səbəb olmuşdur. Şəhərin fərmandarı Mürtəza Fəramərzi bunun üçün ağır vəsait gərəkdiyini, fərmandarlığın bunu təmin edə bilməyəcəyini bildirmişdir.

 

“Telegram” sosial şəbəkəsində kampaniya başladan mədəni fəalların bir qrupu bunu Sulduzun İran Parlamentində kürd dilli nümayəndəsi “Əbdülkərim Həsənzadə”nin qurğusu olduğunu bildirmişdilər.

 

Molla Həsəni 1927-ci il iyulun 21-də Urmiyənin Bozorqabad bölgəsində dünyaya gəlib. O 2014-cü ilin yanvar ayında öz xəstəliyi və yaşının çoxluğuna görə vəzifəsindən kənarlaşdırılıb və may 2018-ci il, 21 may tarixində ölüb.

 

Molla Həsəninin adı İran İslam İnqilabının ilk vaxtlarında müxalif “İran Xalq Fədailər Təşkilatı”nın üzvü olan oğlu Rəşid Həsəninin gizləndiyi yeri “İslam İnqilab Komitə”ləri məmurlarına bildirdiyi və həbs olunan Rəşid Həsəninin edam olunması ilə nəticələnən hadisədə də hallanır.

 

Bu, onun hökumətin ən inanılmış kadrlarından birinə çevrilməsində, Qərbi Azərbaycanda daha çox səlahiyyətlərə yiyələnməsində böyük rol oynayıb.

 

Eyni halda Molla Həsəninin inqilabın ilk illərində silahlı kürd təşkilatlarının Qərbi Azərbaycanda, özəlliklə Sulduzda (Nəqədə) fəaliyyətlərinin, onların yerli türk əhalisinə qarşı qəddarlıqlarının və torpaq iddialarının qarşısının alınmasında müstəsna əməyi olub.

 

Fevral ayının 19-u, 1979-cu ildə Əbdürrəhman Qasımlunun başçılığı altında “Kürdüstan Demokrat Partiyası”nın yaraqlıları Soyuqbulaq (Mahabad) hərbi bazasını ələ keçiribmüxtəlif çaplı silahlarla mitinq keçirmək bəhanəsi ilə Sulduz şəhərində toplanmağadılar.
 

 
Minlərlə yaraqlı şəhərə daxil olduqdan sonra yerli türk əhalinin təslim olub şəhərdən çıxmalarını istədilər. Bu tələb şəhər ağsaqqalları tərəfindən qətiyyətlə rədd edildi və yerli əhali əllərində olan məhdud silahlarla müdafiə olundular.

 

Say və təchizat baxımından qeyri-bərabər olan qarşıdurmada çox sayda azərbaycanlı faciəli şəkildə öldürüldü.
 

Hadisədən üç gün sonra Molla Həsəninin başçılığı altında könüllü silahlı birləşmələr Sulduza girib və dörd gün ağır döyüşdən sonra kürd yaraqlı terrorçularını bölgədən çıxarmağı bacardılar.

 

Dəqiq statistika olmasada hadisə nəticəsində 2 min fərərə yaxın insanın öldürüldüyü, çox sayda insanın yaralandığı deyilir.

 

Tehran rejiminin ən sadiq qulluqçularından olmasına baxmayaraq Qərbi Azərbaycan əhalisi, özəlliklə sulduzlular bu hadisəyə görə Molla Həsəniyə simpatiya bəsləyirlər.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qəzvində koronavirus fəlakəti: “Britaniya ştammı” sürətlə yayılıb, xəstəxanalarda çarpayı çatışmır

2021-04-20

gun az article

Ərdəbildə güclü yanğın: Ölənlər var-FOTO

2021-04-20

gun az article

Şərqi Azərbaycanda koronavirusa yoluxma kəskin artdı: Xəstəxanalarda yer çatışmazlığı yaranıb

2021-04-20

gun az article

Ərdəbildə etiraz aksiyası: İşsiz müəllimlər Təhsil İdarəsinin qarşısına toplaşdı

2021-04-20

gun az article

Tehranda Türkiyə əleyhinə şüarlar asıldı: Ermənilər qondarma soyqırımla bağlı geniş hazırlıqlara başladı-FOTOLAR+VİDEO

2021-04-20

gun az article

GünazTV April.19.2021: PARLAQ GƏLƏCƏK: İran’da Keçiriləcək Seçkilər, Seçkilər və Güney Azərbaycan

2021-04-20

gun az article

Urmulu milli fəal Salar Tahir Əfşar saxlanıldı

2021-04-19

gun az article

Tikantəpənin sərvətləri talanır: Bölgənin icra hakimi mərkəzi hökuməti sərt tənqid etdi

2021-04-19

gun az article

Qarabağa görə saxlanılan güneyli fəallar Babək Kiyumərsi və Səid Sultani istintaqa çağırılıb

2021-04-19

gun az article

Qərbi Azərbaycanın qubernatoru Məhəmməd Mehdi Şəhriyari koronavirusa yoluxub

2021-04-19

gun az article

Ərdəbilli boksçudan uğur: Dünya çempionatında litvalı rəqibini məğlub etdi

2021-04-19

gun az article

Təbrizli millət vəkili təzyiqlərdən danışdı: "Mənə dedilər ki, həbs olunmaq istəmirsənsə bu barədə danışma"

2021-04-19

gun az article

Güney Azərbaycanda əməliyyat: İki əyalətdə külli miqdarda narkotik maddə ələ keçdi

2021-04-19

gun az article

İranda mollanın döyülmə görüntüsü geniş rezonans doğurdu-VİDEO

2021-04-18

gun az article

Asiya Çempionlar Liqasında yarışan "Traxtur" yenə rəqiblə bərabərə qaldı

2021-04-18

gun az article

Muxtar İbrahimi ilə görüş; "Radio Fərda" həftəlik qonaq verilişini güneyli milli-mədəni fəala həsr edib+VİDEO

2021-04-18

gun az article

Milli fəal Əlirza Fərşiyə məzuniyyət hüququndan istifadəyə icazə verilmir

2021-04-18

gun az article

Beynəlxalq Əfv Təşkilatından İran hökumətinə ÇAĞIRIŞ: "Əlirza Fərşini azad edin"

2021-04-18

gun az article

Sərəskənd məktəbləri yararsız durumdadır: Şagirdlər təhlükəli sinif otaqlarında təhsil alır

2021-04-17

gun az article

Soyuqbulağın kürd millət vəkili Urmu gölünə su buraxılmasına qarşı çıxdı

2021-04-17