Sulduzlu fəal 22 may hərəkatının ildönümündə ETTELAAT-a çağırılıb

2021-05-23 12:30

Sulduzlu milli-mədəni fəal Həsən Badpeyma (Savalan Sulduz) telefon əlaqəsi vasitəsilə İran kəşfiyyat təşkilatının Sulduz bölməsinə çağrılıb.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə verilən məlumata görə, təhlükəsizlik məmurları milli fəaldan 1 Xordad (22 may) etirazlarının ildönümü ilə bağlı hər hansı toplantı və aksiyaya qatılmamağı ələb edib.

Bu günlər 2006-cı ilin may ayında Güney Azərbaycanda baş vermiş hadisələrin 15-ci ildönümüdür. İran dövlətinin rəsmi mətbuat orqanı olan “İran” qəzetində Güney Azərbaycan türklərinin kobud şəkildə təhqir edilməsi kütləvi etirazlara səbəb olmuşdu. 

Soydaşlarımız tərəfindən həyata keçirilən aksiyalar qısa müddətdə bütün Güney Azərbaycanı, o cümlədən, Təbriz, Urmu, Ərdəbil, Sulduz, Mərənd, Xoy, Makı, Miyana, Xiyav, Əhər və s. kimi şəhərləri bürüdü və bu vəziyyət günlərlə davam etdi.

 İran hüquq-mühafizə orqanları isə gücdən istifadə edərək dinc şəkildə keçirilən etiraz aksiyalarını dayandırmağa çalışdı.
Təxminən 10 gün davam edən və 1 Xordad (22 May) Hərəkatı adı alan aksiyalar zamanı onlarla azərbaycanlı öldürüldü, yüzlərlə insan yaralanıb və çox sayda etirazçı həbs olundu.

2006-cı il mayın 25-də Sulduzda keçirilən dinc aksiyada Tohid Azəriyyun, Hümmət İsmzadə, Hüseyn Fəthipur və Əsgər Qasimi adlı 4 soydaşımız təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində  həyatını itirdi.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16

gun az article

“Dünyanın fosil cənnəti” layihəsinin tamamlanma işləri yarımçıq qalıb

2021-09-16

gun az article

Qəzvinli idmançı Belçikada keçiriləcək dünya çempionatına qatılacaq

2021-09-16

gun az article

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-16

gun az article

"Milyonlarla insanın həyatı təhlükədədir"- Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

2021-09-16