Sulduzlu milli fəal Səccad Şəhiri həbs olunub

2020-11-17 18:20

Güney Azərbaycanın Sulduz(Nəqədə) şəhərinin sakini milli-mədəni fəal “Səccad Şəhiri” Sulduz şəhərinin ikinci cəza məhkəməsinin 103-cü şöbəsi tərəfindən “İran islam respublikasına qarşı təbliğat aparmaq” ittihamı ilə 6 ay həbs cəzasına məhkum edilib.

Gunaz.tv Quote | Gunaz article

Sulduz şəhərinin ikinci cəza məhkəməsinin hakimi “Əmir Kiyumərsi” tərəfindən verilən qərar cinayət prosseual məcəlləsinin 380-ci maddəsinin 2-ci qeydinə əsasən cənab “Şəhiri”yə kətbi surətdə təqdim olunmayıb. O yalnız hökmün surətini özündə qeyd edə bilib.

 

S.Şəhiri “islam cəza qanunları” əsasında sənədləşdirilmiş 18, 19 və 500-cü maddələrə görə “İran islam respublikasına qarşı təbliğat aparmaq” ittihamı ilə 6 ay həbs cəzasına məhkum edilib. O, “Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi”nə (GAMAC) üzv olduğu ittihamı ilə bağlı cinayət prosessual məcəlləsinin 4-cü, islami cəza qanununun 120-ci və konstitusiyanın 37-ci maddəsinə görə bəraət alıbdır.

 

Səccad Şəhiri Təbrizin ümumi və inqilab məhkəməsinin 16-ci şöbəsinin sədri, hakim Seyid Əli Müsəvi tərəfindən "İran islam respublikasına qarşı təbliğat aparmaq" və “GAMAC təşkilatına üzv olmaq" ittihamları ilə günahlandırılmışdı.

 

Milli fəalın işi 11 noyabr tarixində, Təbrizin ümümi və inqilab məhkəməsindən Sulduz şəhərinin ikinci cəza məhkəməsinə göndərilib. Səccad Şəhiri qeyd etdiyimiz tarixdə bu məhkəmənin 103-cü şöbəsinidə "İran islam respublikasına qarşı təbliğat aparmaq" və " GAMAC təşkilatına üzv olmaq" ittihamları ilə bağlı məhkəməsi keçirilib.

 

Şəhiri 2020-ci ilin yanvar ayının 16-da İran hökumətinin kəşfiyyat agentləri tərəfindən həbs edilib və istintaq üçün Təbriz şəhərində yerləşən Kəşfiyyat Nazirliyinin həbsxanasına köçürülmüşdü.

 

Səccad Şəhiri nəhayət həmin ilin mart ayının 2-də Kəşfiyyat Nazirliyinin təcridxanasından Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülüb və 500 milyon tümənlik girov qarşılığında məhkəmənin son qərarına qədər müvəqqəti olaraq sərbəst buraxılımışdı.

 

Qeyd etmək lazimdir ki, Səccad Şəhiri bundan öncədə dəəfələrlə dinc mədəni fəaliyyətlərinə görə hökumət məmurları tərəfindən saxlanılıb.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Nov.20.2020: Qarabağ Savaşı və Bütöv Azərbaycan Ülküsünün Dirçəlişi

2020-11-28

gun az article

GünazTV Nov.27.2020-Azadlıq səsi: Güney Azərbaycan hazır olmalıdır.

2020-11-28

gun az article

“Amnesty International Türkiyə” Abbas Lisaninin sərbəst buraxılması üçün imza kampaniyası başladıb.

2020-11-27

gun az article

GünazTV Nov.27.2020 : 27 illik Kəlbəcər həsrətindən sonra Azərbaycan ordusu qədim Kəlbəcərdə möhkəmləndirmə işləri aparır

2020-11-27

gun az article

Qarabağın azadlığına dəstək verən "Səid Sultani və Babək Kiyumərsi" nin həbsindən 55 gün keçdi.

2020-11-27

gun az article

Güney Azərbaycanın Süngün mədəninin işçiləri mühacir kürdlərlə əvəz edilir

2020-11-27

gun az article

“Həştərud”da yol qəzası baş verib

2020-11-27

gun az article

Bostanabadın 130 kəndinin yolu bağlanıb

2020-11-27

gun az article

Əli Xeyrcu və Meysəm Colani Ərdəbil məhkəməsinə çağırılıb

2020-11-27

gun az article

Şərqi Azərbaycanda incəsənət müəssisələri müflis olmaqla üz-üzədir

2020-11-27

gun az article

Şərqi Azərbaycanda işlə bağlı ölümlərdə artım

2020-11-27

gun az article

Güney Azərbaycanın “Həştərud” bölgəsində ağır qar səbəbilə 120 kənd təcrid olunub

2020-11-27

gun az article

Urmu həbsxanasında baş verən üsyanda 15 məhbus ağır yaralanıb

2020-11-27

gun az article

Güneyli ekizlər "Varan" və "Ozan"a türk adlarına görə sənəd verilmir

2020-11-27

gun az article

GünazTV Nov.26.2020-Sözümüz: Azərbaycan Dərgiləri

2020-11-27

gun az article

GünazTV Nov.26.2020- Düşünməyə Çağırı: Qarabağ və Gərçəklər

2020-11-27

gun az article

Urmu şəhərinin bir çox yerlərində elektirik enerjisi kəsilib

2020-11-26

gun az article

Ərdəbil şəhərinin duvarlarında məhbus milli fəallara dəstək qrafitləri

2020-11-26

gun az article

GünazTV Nov.26.2020: Paylaşım programı 2-ci Bölüm

2020-11-26

gun az article

Güney Azərbaycanın bəzi bölgələrinə qar yağıb- FOTO

2020-11-26