SON XƏBƏRLƏR

Süleyman Dəmirəl: Türkiyənin seçkidən başqa çarəsi yoxdur

2021.10.20, 07:36
Süleyman Dəmirəl: Türkiyənin seçkidən başqa çarəsi yoxdur

Gunaz.tv
demirel.jpg "Türkiyənin seçkidən başqa çarəsi yoxdur" Süleyman Dəmirəl: "Ölkədə böyük bir olay, təlatüm meydana gəlib" Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəl türbanla bağlı qərarın yayımlanması və AKP-nin qapadılmasıyla bağlı məhkəmə qərarının çıxmasından sonra ölkədə mübahisələrin, çalxalanmaların baş verəcəyini bəyanlayıb: "Türkiyə düzə çıxanacan seçkiyə getməyə məcburdur. Türkiyənin seçkidən başqa çarəsi yoxdur. Çünki burada cümhuriyyətin təməl prinsiplərinə yönəldiyi iddia edilən təsəvvürlər var. Ona görə də bu iş bitənə qədər neçə seçki keçirmək lazımdırsa, hamısını keçirmək lazımdır. Göytürk "Eko-Enerji" jurnalının son sayına müsahibə verən Süleyman Dəmirəl türban və dünyəvilik mübahisələrinin ilk dəfə 2007-ci ilin aprelində yaşandığını, 47 faiz səslə hakimiyyətə gələn AKP-nin iqtidarı daşıyıb-daşımayacağı barədə şübhələr yarandığını söyləyib. AKP-nin siyasi iqtidarı hər şeyi edə biləcəyi anlamında aldığını, Türkiyənin bir qurumlar dövləti olduğunu unutduğunu vurğulayan Dəmirəl deyib: "AKP bu qurumların Anayasada yer aldığını, milli iradənin yerinə yetirilməsində rollarının olacağını, bunun Anayasada əksini tapdığını unutdu. Qurumlar arasında ahəngdarlıq yaratmaq əvəzinə, onlarla çatışmaya girişdi. Universitetlərlə çatışmaya başladı. Məhkəmə orqanlarıyla mübahisəyə başladı. Zaman-zaman başqa qurumlarla da mübarizə apardı. Belə bir vəziyyətdə AKP-nin universitetlərdə türbana sərbəstlik gətirilməsini nəzərdə tutan Anayasa dəyişikliklərinə getdi. Əslində Anayasa dəyişikliyi türban məsələsini çözməyə yetməzdi, yəni universitetlərdə türbanın sərbəst buraxılması baş tutmazdı. Buna görə yeni bir qanun çıxarması lazım idi. Həmin qanun belə yenə Anayasa Məhkəməsinə gedəcəkdi. İndi Türkiyədə qərarların həyata keçirilməsinin bütün tərəfləri məhkəmə nəzarətində olan bir ölkədir. Üstəlik, Anayasa nəzarəti də vardır. 1961-ci il Konsititusiyası ilə bir Anayasa Məhkəməsi qurulub və fəaliyyət göstərir. İndi Anayasa Məhkəməsi Konstitusiyaya dəyişiklikləri qəbul etməmişdir. Buna görə də Türkiyədə böyük bir olay, təlatüm meydana gəlib. Hətta məhkəmə hökmü rəsmən elan olunmayıb, amma Konstitusiya Məhkəməsi topa tutulur: "Siyasi iqtidar baş prokurora və Anayasa Məhkəməsinə bir sıra ittihamlarda bulunub. Daha əvvəl də demişəm. Məhkəməyə çıxmış bir məsələ barədə mübahisə etmək əvəzinə məhkəmənin qərarını gözləmək lazımdır. Zatən bütün mübahisələr oldu, nə oldu? Qapatma məsələsində də yenə Konstitusiya Məhkəməsinin qərarı gözlənilir. Konstitusiya Məhkəməsinin əqrarından sonra ölkədə təlatümlərin, mübahisələrin, çalxantıların baş verəcəyini və bu prosesin seçkilərə aparacağını təxmin edirəm". Anayasa Məhkəməsinin hansı qərarı verir-versin, qərara sayğı duyulmasını və mübahisələrin yekunlaşdırılmasını vacib sayan Süleyman Dəmirəl müxtəlif iddiaların KM-nin qərarını kiçiltməyəcəyini vurğulayıb: "Məhkəmə hansı qərarı versə, Türkiyə həmin qərarı qəbul etməlidir. Bu müzakirə, mübahisə burada kəsilməlidir. Sonra da ona uyğun addımlar atılmalıdır. Dünyanın sonu deyildir. Necə olur-olsun siyasət çarə tapmaq imkanına malikdir". "Siyasi Partiyalar" qanunun dəyişdirilməsi perspektivi haqqında sualı cavablandıran Süleyman Dəmirəl söyləyib: "İndi hələ bir pardiya var və o da iqtidardadır. Hər gün sabahdan axşama qədər bəyanatlarını dinləyirsiniz. Amma ortada bir şey yoxdur. Amma qapatma və ya davam qərarı alınsa siyasi mənzərə dəyişər". Dünən gecə İstanbulunu Umraniyyə rayonunda bir gecəqonduda ələ keçirilən partlayıcılırara görə həbs olunan istefada olan general-mayon Vəli Kiçikin səhhəti pisləşib. O, Kocaeli Universitetinin xəstəxanasında həkim nəzarətindən keçirilib. Həkim Nazim Mutlu əvvəllər Vəli Kiçiyin damarlarda qan tıxanması, mədə xəstəliyi ilə bağlı müalicə olunduğunu açıqlayıb, amma indi general-mayorun səhhətinin normal olduğunu söyləyib. "Milliyyət"qəzeti maraqlı bir məlumatı dərc edib. "Ergenekon" soruşdurmasıyla bağlı koridorlarda danışılanlara görə, istintaqı aparan prokuror Zəkəriyyə Öz Milli İstihbarat Təşkilatı, Əmniyyət və Baş Qərargaha belə bir terror təşkilatının olub-olmasıyla bağlı sorğu göndərib. MİTĞ və Əmniyyət "belə bir təşkilat var", Baş Qərargah isə "bilmirik"-deyə cavab verib. CHP qrup başqan vəkili Kamal Anadol isə prokuror Zəkəriyyə Özün gizli yazışmalarının dinçi qəzetlərin səhifələrində əksini tapması, "Ergenekon" istintaqı ilə bağlı 13 aydır ki, iddianamənin ortaya qoyulmamasına, saxta ittihamın izi qalmaması üçün Umraniyyədə ələ keçirilən bombaların qəsdən məhv edildiyinə və s. məsələlərə diqqəti çəkib. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar