GünAz TV: Güney Azərbaycanda Culfa şəhərinin Gülfərəc kəndində aşura günündə şəbeh tamaşası təqdim olunarkən yaşlı bir kişi ölüb.
Kərim Heydəri ətrafdakı əhalinin gözü qarşısında yerə yıxılaraq keçinib. Onun ürək dayanmasından öldüyü ehtimal olunur.
Məlumata görə, Kərim Heydəri yarım əsirdən çoxdur ki, hər il aşura şəbehində Hz. Əbülfəzlin rolunu canlandırıb.
Yaşlı kişinin ölüm anını aşağıdakı videodan izləyə bilərsiniz:
https://www.youtube.com/watch?time_continue=30&v=owB2FD_XH1I
N.S