SON XƏBƏRLƏR

Suriya Qanununa Rusiya və Çindən Veto

2021.10.20, 07:36
Suriya Qanununa Rusiya və Çindən Veto

Gunaz.tv

Suriya Qanununa Rusiya və Çindən Veto

Günaz TV :Arap Birliyi və Qərbli ölkələr tərəfindən dəstəklənilən Suriya qanununa BM Təhlükəsizlik Şurasında səs verildi ancaq qanun Rusiya və Çin maneəsinə ilişdi.Suriyada şiddətin dərhal sona çatması ilə Esedə "iqtidarı burax!" çağırışı edən qanun, Rusiya və Çinin vetosu səbəbiylə Şuradan keçə bilmədi.

13 "Bəli" 2 "Xeyr"

15 üzvlü şuradakı səs vermədə, 13 üzv ölkə qanuna ''bəli'' dedi .Səs vermə öncəsin də Rusiya, qanunda Suriyalı müxalifləri tənqid edən ifadələrin də iştirak etməsini ve səs vermənin təxirə salınmasını tələb etdi.

Ancaq Amerika Birləşmiş Dövlətləri, bu tələblərin qəbul edilə bilməz olduğunu açıqladı.Səs vermənin ardından danışan Təhlükəsizlik Şurasının tək Ərəb üzvü Fasın nümayəndəsi Məhəmməd Loliçki, Moskva və Pekinin vetosundan böyük kədər və xəyal qırıqlığı uğradığını açıqladı.

Fransanın nümayəndəsi Gerard Araud da "Suriyalılar və demokratiya üçün təəssüfləndirici bir gün" deyərkən ABŞ Xarici işlər Naziri Hillary Clinton isə "Suriyada vətəndaş müharibəsi riski artmışdır. Barış üçün bir yol təyin etməzsək Suriyada daha çox qan töküləcək" deyə danışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar