SON XƏBƏRLƏR

Suriya separatçı Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanıyıb

2021.10.20, 07:36
Suriya separatçı Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanıyıb

Gunaz.tv

GünAz TV: Suriya Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya regionlarını müstəqil dövlət kimi tanıyıb.

 

APA-nın xəbərinə görə, bu barədə separatçı respublikaların "xarici işlər nazirlikləri"ndən bildirilib.

 

Məlumatda deyilir ki, tərəflər beynəlxalq hüququn təməl prinsiplərinə və əməkdaşlıq istəyinə sadiq olduqlarını elan ediblər. Onlar səfirlik səviyyəsində qarşılıqlı diplomatik əlaqələrin qurulacağını açıqlayıb.

 

Cənubi Osetiyanın "xarici işlər naziri" Dmitri Medoev Dəməşqin bu qərarını yüksək qiymətləndirərək bu istiqamətdə hazırlıq prosesinin bir neçə il davam etdiyini deyib. O əlavə edib ki, müxtəlif qitələrdə yeni tərəfdaş axtarmaq yönündə işlər daim davam edir.

 

Qeyd edək ki, Cənubi Osetiya və Abxaziya Rusiyadan əlavə, Nikaraqua, Venesuela, Vanuatu və Nauru tərəfindən də tanınıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar