SON XƏBƏRLƏR

Suriya sözdə “erməni soyqırımı”nı tanıdı

2021.10.20, 07:36
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı

Gunaz.tv

GünAz TV: Suriya parlamenti qondarma “erməni soyqırımı”nın tanınmasına dair qərar qəbul edib.

 

Mediada yayılan məlumata görə, qərar yekdilliklə qəbul olunub.

 

Qətnamə imzalanmaq üçün Suriya Prezidenti Bəşşar Əsədə təqdim olunacaq.

 

Saxta soyqırımı iddialarına əsasən, 1915-ci il aprelin 24-dən başlayaraq 1923-cü ilə kimi Türkiyədə 1 milyon 500 min nəfər erməni öldürülüb. Lakin tarixi faktlar bu iddiaların yalan olduğunu sübut edir.

 

Həmsərhəd ölkələr olan Suriya ilə Türkiyənin münasibətləri 2011-ci ildən bəri gərgindir. Buna Türkiyənin Əsəd sülaləsinə qarşı həmin il başlayan xalq üsyanına dəstək verməsi səbəb olub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar