SON XƏBƏRLƏR

Suriya yenə qana boyandı

2021.10.20, 07:36
Suriya yenə qana boyandı

Gunaz.tv

GünAz TV: Suriyada növbəti cümə günü də qan tökülüb.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, avqustun 26-da cümə namazından sonra ölkənin bir çox şəhərlərində hökumətə qarşı etiraz aksiyaları (yürüşləri) keçirilib, prezident Bəşər Əsədin istefası tələb olunub.

 

 Paytaxt Dəməşqin ətrafındakı qəsəbələrdə keçirilən aksiyalarda “Qəddafi getdi, növbədə sənsən Əsəd!” şüarı səsləndirilib. Türkiyə sərhədləri yaxınlığındakı İdlib, o cümlədən Humus və Hama şəhərlərində də aksiyalar keçirilib. Polisin atəş açması nəticəsində ən azı 8 nəfər həyatını itirib.

 

 Bu arada “Hizbullah” Hərəkatının lideri Şeyx Hasan Nəsrallah Suriya prezidenti Bəşər Əsədə dəstək verib. “Hizbullah” lideri televiziya ilə çıxışında deyib ki, Suriya İsrailə qarşı çıxan qrupları dəstəklədiyi üçün xarici qüvvələr tərəfindən qurban qismində seçilib və məqsəd məzhəb savaşına yol açmaqla Suriyanı parçalamaqdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar