SON XƏBƏRLƏR

Suriyada Amerika hərbçilərinə hücum oldu, yaralılar var

2021.10.20, 07:36
Suriyada Amerika hərbçilərinə hücum oldu, yaralılar var

Gunaz.tv

GünAz TV: Suriyada Amerika Birləşmiş Ştatları (ABŞ) ordusunun patrulunun hücuma məruz qalması nəticəsində nəqliyyat vasitəsi məhv edilib, hərbçilər yaralanıb.

 

"Report" “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Suriyanın əl-Hasake şəhərində olub.

 

Bildirilib ki, bir qrup ABŞ hərbçisi və terrorçu PKK/YPG-PYD qruplaşmasının formalaşdırdığı “Suriya Demokratik Qüvvələri”nin silahlılarını daşıyan “Hammer” tipli hərbi maşına əl-Hasekenin cənub-qərbində yerləşən Ruveyşid kəndində naməlum şəxslər hücum edib.

 

Qeyd edək ki, aprelin 6-da əl-Haseke ilə sərhəddə yerləşən Deyr-əz-Zor əyalətində naməlum şəxslər ABŞ hərbçiləri və SDQ silahlılarına hücum etmişdi. Nəticədə ABŞ-ın bir hərbi zabiti və SDQ-nin iki silahlısı ölmüşdü.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar